Gəncə Dövlət Universitetində semestr bazarı - Təfərrüatlar

Gəncə Dövlət Universitetində semestr bazarı
Gəncə Dövlət Universitetində ara qarışıb, məzhəb itib

Yeni rektor Yusif Yusifov açıq bazar yaratmaqla yanaşı, həm də vaxtıyla ona qarşı çıxmış müəllimləri də cəzalandırmağa başlayıb. TİA.AZ-a verilən məlumata görə, hər işin başını rüşvətə bağlayan rektor universitetin nizamını və tədris qaydalarını pozmuş, həmçinin mənəvi dəyərləri ayaqlar altına atmışdır. Belə ki, Yadigar Əliyevin zamanında pedaqoqa yaraşmayan hərəkətlərinə və rüşvətxorluguna görə vəzifədən alınan Asif Cavadov yenidən Yusif Yusifovun təqdimatı ilə tərbiyə işləri üzrə prorektor təyin olunub. Müxtəlif qəzetlərə verdiyi müsahibələrdə bu adam 13 aydır ki, işsiz oldugunu iddia edir, halbuki vəzifədən alındıqdan sonra da universitetin tam ştat dosenti olmuşdur. Yadigar Əliyevi öz müsahibısində bacarıqsız, rüşvətxor adlandıran bu şəxsin işlədiyi sahə ilə əlaqəsi belə yoxdur.


Verilən məlumatda deyilir ki, bütün fakültələrdə biabırçılıq baş alıb gedir. Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov Yadigar Əliyevin zamanında tələbələrdən rüşvət istəməyə cəsarət etməsə də, Yusif Yusifov rektor təyin olunduqdan sonra tələbələrdən açıq şəkildə rüşvət tələb edir. Əjdər Əsgərov hər bir imtahana görə tələbələrdən 50-70 manat məbləğində rüşvət istəyir. Dekan açıq şəkildə tələbələrə bildirir ki, bu pulu verməyənlər imtahanlardan bütün hallarda kəsiləcəklər.

Əvvəllər hər semesterdə tələbələrə testlərin sualları təqdim olunurdusa, indi bu sualları tələbələrə vermirlər. Bunun əvəzində isə tələbələrdən dekan qiymət üçün rüşvət tələb edir. Tarix və xarici dillər fakültəsində dövlət imtahanı və diplom işi üçün tələbələrdən700 manat tələb olunur. Kafedra müdiri Sevda Kazımova tələbələrə deyir ki, hara istəyirlərsə şikayət edə bilərlər. Bütün hallarda pulunu verməyən tələbə diplomunu ala bilməyəcək. Kollokviumlar üçün isə Sevda Kazımova tələbələrdən 50 manat tələb edir.

Filologiya fakültəsində dekan Mübariz müəllimin tamahı o qədər güclüdür ki, imtahan və kollekviumların pulu ilə gozü doymur, tyutor vəzifəsinə təyin etdiyi sevimli laborant "xanımın" əli ilə tələbələrdən pərdə, jalüz, xalça üçün pul yığır.

Yenə də tələbələrə "aylıq” pul müqabilində dərsə girməməyə izin verirlər. Yadigar müəllim "aylığa” icazə vermədiyindən tələbələr dərsə gəlirdilər, davamiyyət yaxşı olurdu. İndi imkanlı tələbələr dərslərə yenə gəlmirlər, aylıga, hətta günü 5 manatdan günlüyə çıxırlar. İmtahanlar əvvəl test formasında aparıldığına görə müəllimlər pul yığa bilmirdilər. Amma indi imtahanları yazılı şəkildə aparmagı qərara alıblar.

Rüşvət tələblərindən rektora və yaxud digər məsul şəxsə şikayət etmək qeyri mümkündür , bu haqda heç kimə bir söz demək mümkün deyil. Tələbə üçün elə həmin anda tədbir görürlər. Rektora şikayət etmək olmur, olsa da heç kimi eşitmir. Həftələrlə getsələr də rektor tələbələri qəbul etmir Ancaq Yadigar müəllim bu məsələlərdə çox diqqətli idi. Hər tələbəyə vaxt ayırıb, dinləyib lazımi tədbirlər görürdü. İndi isə imtahanda və ya kollokviumlarda şikayət edən tələbəyə dolayı yolla problem yaradılır.

Universitetdə Yadigar Əliyevin zamanıda rüşvətin ortadan qaldırılmasında ona yardımçı olan peşəkar müəllimlərin, habelə Yadigar Əliyevə yaxın olan müəllimlərin dərs saatları azaldılır, vəzifələrdən çıxarılır və yeni rektor həmin müəllimlərə hər vasitə ilə təzyiq etməyə çalışır. Yeni rector vaxtilə Yadigar Əliyevi müdafiə məqsədi ilə mətbuatda yazılmış müraciəti imzalamaqla, onun rektorluğuna gedən yolu kəsmək istəyən kollektiv üzvləriylə "haqq-hesab"çəkmək niyyətini gizlətmir. Yusif Yusifov mərhələlərlə həmin müraciətin müəllifləri - professor Həsənbala Sadıqov, professor Vaqif Novruzov, professor Şaiq Məmmədov, professor Telman Quliyev, dosent Elçin Cavadov, dosent Yaqub Cəfərov, dosent Niyazi Quliyev, dosent Şahin Xurşudov, dosent Zakir Zeynalov, dosent Emin Yaqubov, dosent Cabbar Qarayev, dosent Teymur İsmayılov, dosent İlqar Cabbarov, dosent Rasim Hüseynov, dosent Elxan İsmayılov, dosent Sabir Əliyev, dosent Bayram Apoyev, dosent İsfəndiyar Allahverdiyev, dosent Zakir Ələsgərov, dosent Cəfər İbrahimov, dosent Rizvan İmanov, dosent Mərdan Məmmədov, dosent İsax Mahmudov, baş müəllim Cavid Bağırzadə, baş müəllim Elman Məhərrəmov, baş müəllim İlham Məmmədov və başqalarına qarşı təzyiq planlarını işə salıb.



Oxunub: 543


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il