Prezidentin islahat çağırışı hansı banklara idi? - Müdhiş siyahı

Prezidentin islahat çağırışı hansı banklara idi?
Prezident İlham Əliyevin banklara xəbərdarlığından sonrakı dövrə kommersiya müəssisələrinə bir test müddətidir

Devalvasiyadan sonra bağlanan 13 bankın ardınca digərləri də eyni aqibəti yaşamaq istəmirsə sınaq dövründə reformalara getməyə məhkumdur.

Politika.Az-a daxil olan məlumata görə, dövlət başçısının Nazirlər Kabinetinin iclasında verdiyi bəyanatlar bank sektorunda islahatları tətikləməyə hesablanıb.

Ölkə başçısının banklara yönəlik mesajları onların islahatları sürətləndirməyə təhrik edir. Bundan sonra banklar islahatlara getməsə, əhaliyə kredit ödənişlərində güzəşt olunmasa, faizlər aşağı salınmasa bağlanan bankların sayı 30-a çatacağı şübhəsizdir.

Prezidentin çıxışında digər mühüm nüans bankları şəffaflığa çağırmasıydı. Dövlət başçısı demək istəyib ki, Azərbaycan Beynəlxalq Bankında baş verən məlum hadisələr lisenziyası hələ ki ləğv olunmayan bankların da başına gələ bilər.

Sirr deyil ki, ABB-nin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin rəhbərliyi dövründə offşor zonalara milyardlar köçürülüb.

Həmçinin, bank sədrinin sürücüsündən tutmuş köməkçisinə qədər milyonlarla kredit onların adına rəsmiləşdirilib.

İ.Əliyev bankları şəffaflığa çağırarkən məhz onların ABB-nin yolunu getməməyi məsləhət görüb.

Politika.Az-a daxil olan məlumata görə, Mərkəzi Bank sədri Elman Rüstəmov və maliyyə naziri Şamir Şərifov prezidentə islahatları qaçılmaz olan bankların siyahısını təqdim edib.

İqtisadi blokadaya daxil olan məmurların himayəsindəki həmin bankların islahatlardan qaçdığı, kredit ödənişlərində əhaliyə heç bir güzəşt etmədiyi bildirilib.

Prezident tapşırıq verib ki, iqtisadi böhran dərinləşdiyi bir vaxtda, banklar əhaliyə zaman tanımalıdır, bu keçid dövründə kredit ödənişlərində güzəştə getməlidir.

Əldə etdiyimiz siyahıya görə, bunlar “Unibank”, “Nikoil bank”, “Ekspress bank”, “Muğan bank”dır. Bu dörd bank ölkədə kredit ödəyicilərinə divan tutur.

Bu bankların adı hər zaman fırıldaqçılıqda, vətəndaşları aldatmaqda, yüksək faizlə insanları soymaqda hallanıb.

Habelə, AccessBank, AGBank, Amrahbank, Azər -Türk Bank, DəmirBank, Rabitabank, YapıKredi Bankın da adı islahatlar paketində keçir. Bu kommersiya banklarından tez-tez şikayətlər daxil olur.

Ümumiyyətlə, ölkə əhalisi kredit borcları içində batır. Məmurların yüksək faizlə kredit verdiyi bankları vətəndaşları çətin vəziyyətə salıb.

Dünya ölkələrində böhran zamanı vətəndaşların kredit borclarına ya güzəşt olunur yaxud fazilər aşağı salınır, yeni kredit cədvəli tərtib edilir. Azərbaycanda isə bu baş verməyib.

Xatırladaq ki, İ.Əliyev bank sektorunda konsolidasiya siyasətinin davam etdirilməsini vurğulayıb.

Onun sözlərinə görə, bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Prezident vurğulayıb ki, bu sektor şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir.

Politika.Az



Oxunub: 3652


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il