Orden alacaq ilin “deputat”larının şok siyahısı - Özəl araşdırma

Orden alacaq ilin “deputat”larının şok siyahısı
Bu il bir neçə deputat qalmaqallarla gündəmə gəldi. Həmin millət vəkilləri heç də millətin gününə ağlayan fəaliyyəti ilə seçilmədi

Əksinə, kimisi vətəndaşa zərbə vurub, kimisi haqqını yeyib, kimisi də artıq-əksik sözləri ilə insanları qıcıqlandırıb. Deputatın vəzifəsi və borcu isə xalqa xidmət, problemlərinin həllinə kömək etməkdir.

Politika.Az-ın Araşdırma Qrupunun hazırladığı hesabatda 2016-cı ilin özünü yaxşı tərəfdən təqdim etməyən, reputasiyası yerlə bir olan millət vəkillərinin adları açıqlanıb.

Onlar həqiqətən də mandatı ləğv olunacaq həddə çatmış deputatlardı. Bu şəxslərin yalnız işi biznes fəaiyyətinə yönəlib və seçiciləri saymırlar. Üstəgəl, il ərzində skandalla diqqət mərkəzində olublar.

Siyahı üzrə iddia edilir ki, dələduz tikinti firması işində adı keçmiş Rəfael Cəbrayılov var. Şirvan seçiciləri ondan cidid şəkildə narazıdır.

Üstəgəl, qardaşı ilə şərik olan tikinti firması onlarla vətəndaşı aldadıb. Bu da bir deputatın medianın gündəmin gələn hadisəsi. Görün xalq nə gözləyir, bunlar nə işlə məşğuldur?!

Ardınca vətəndaşın borcunu qaytarmadığı üçün çəkişmədə olan Mirzəcan Xəlilovu qeyd etmək olar. Üstəlik, villasında işlətdiyi usta və fəhlələrin də pulunu yeyib. Deputat xalqın gününə ağlamaq, Milli Məclisdə islahatlarla bağlı təkliflər vermək əvəzinə villanı düşünür.

Məcburi köçkünü döydürdüyü deyilən Madər Musayevin müstəqillik Aktına imza atmadığı da məlum olub. Bu deputat müstəqilliyə qarşı çıxır və indi də parlamentdə mandat sahibidir.

Sələmçilikdə ittiham olunan Rüfət Quliyev isə şedevrdir. 2016-cı ilin “qəhrəmanlıq” ordeni ona verilə bilər. Əgər deputat sələmçidirsə, millətin vəkilinin kimlər olduğunu özünüzü təsəvvür edin. Bilmirsən güləsən ya ağlayasan.

Politika.Az-ın Araşdırma Qrupunun hazırladığı hesabatda Şabrandan mandat qazanan Tahir Süleymanov da var. O, dəbdəbəli milyonluq villası ilə müzakirə predmetinə çevrilmişdi.

Habelə, Laçından deputat seçilmiş Mahir Abbaszadənin də mandatını itirəcəyi istisna edilmir. Abbaszadə bir müsahibədə özünü rüsvay edib. Üstəlik, biznes fəaliyyəti və qardaşının tərbiyəsizliyi ifşa olunub.

Onunla bərabər Rəsulzadə haqda aşağılayıcı sözlərinə görə həmkarı Ağacan Əbiyev tərəfindən danlanmış gənc Naqif Həmzəyevi də qeyd etmək olar. Onun çıxışı xidmət etdiyi YAP rəhbərliyinə də xoş gəlməmişdi. Hətta həmkarı Ağacan Əbiyev onu danlamışdı.

N.Həmzəyev Rəsulzadəni vətən xaini adlandırmışdı. Qeyd etmək lazımdır ki, mövcud hakimiyyət Rəsulzadə və silahdaşlarının qurduğu AXC-ni heç zaman inkar etməyib.

Əksinə, indiki Azərbaycanı AXC-nin varisi adlandırıb. Bunu prezident İlham Əliyev də vurğulayıb.

Gənc mandat sahibinin isə yersiz və təhqiramiz çıxışı yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Onun deputat kimi 2 il ərzində hər hansı fəallığı da müşahidə olunmur.

Prezidentin Sumqayıtdakı tədbirdə irad tutduğu Muxtar Babayev də mandatsızlar sırasında yer ala bilər. Ümumilikdə, MM-in buraxılması siyasi kluarlarda gedən müzakirələrin yekununda bilinəcək.

Nəhayət, ilin deputatı nominasiyasına layiq olacaq adam Hadı Rəcəblidir. O, il ərzində bir neçə də qalmaqal yaradan çıxışlar edib.

Gah müəllimləri fəhləliyə çağırıb, gəl köçkünləri, şəhid ailələrini aşağılayıb, gah Qarabağ əlillərinə yönəlik aşağılayıcı danışıb. Elə buna görədir ki, yuxarı dairələrdə danlanıb.

“Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki! Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir.

Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir.

Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı”. Bu sözləri Hadı Rəcəbli deyib. Onun bu açıqlaması cəmiyyətdə kəskin narazılıqla qarşılanıb.

Politika.Az



Oxunub: 3380


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il