Hakimiyyətdən müdhiş plan: 30 faiz məmur işdən qovulur, deputat işarə verdi - Özəl siyahı

 30 faiz məmur işdən qovulur, deputat işarə verdi
Hökumətin qənaət rejiminə keçməsi məmur ordusunun sıralarını seyrəltməklə müşaiət oluna bilər

Bu haqda Politika.Az-a iqtidara yaxın qaynaqlardan xəbər daxil olub.


Hökumət nazirliklərdə və komitələrdə işçi sayının azaldılması prosesini reallaşdıra bilər. Yanvardan dövlət strukturlarında çalışanların ştatları azaldılacaq və ixtisarlar aparılacaq. Bu proses məmur təbəqəsini əhatə edəcək

Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, vitse-prezidentlik institutu yaradılanda Nazirlər Kabineti ləğv olunmalı idi:

“Lakin bu baş vermədi, Konstitusiyada Nazirlər Kabineti institut olaraq qalır, yəni ləğv etmək mümkün deyil. İranda da müxtəlif sahələrə nəzarət edən 8 vitse-prezident var.

Amma düşünürəm ki, Azərbaycanda vitse-prezidentlik institutu yaranacaqsa, vitse-prezidentlər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək. O halda baş nazirin müxtəlif sahələrə nəzarət edən müavinlərinin postları ləğv olunmalıdır.

Çünki idarəetməni şişirtmək lazım deyil, əslində idarəetmədə ixtisarlar aparmaq lazımdır. Maliyyə böhranı ilə üzləşən ölkələrdə ilk növbədə idarəetmə ilə bağlı xərclər azaldılır. Yəni tək Nazirlər Kabineti yox, ayrı-ayrı nazirliklərdə də ixtisarlar aparılmalıdır.

Hesab edirəm ki, hazırda Azərbaycanda dövlət idarəetmə xərclərini, dövlət məmurlarının sayını 30 faiz azaltmaq mümkündür. Nazirliklərdə bir sıra əməkdaşlar bütün günü kompüterin arxasında oturub, oyun oynayır, mənasız vaxt keçirirlər”.

Politika.Az-a verilən məlumata görə, hakimiyyət struktur islahatları ilə bərabər kadr islahatları və ixtisarları gücləndirməyi nəzərdə tutur.

Deputatın çıxışı da təsdiqləyir ki, hökumət yeni ildən bu planları gerçəkləşdirəcək. Q.Həsənquliyev iqtidarın mətbəxinə yaxın bir deputatdır və hansısa planlardan xəbər verir.

Əldə etdiyimiz məlumata görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Patent Komitəsi, Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi və digər qurumlarda məmurların sayı azaldılacaq.

İndiyə qədər nazirlərin fəaliyyətində maxinasiyalar, korrupsiya faktları qeydə alınıb. Ancaq neftdən gələn milyardlara görə büdcənin talanmasına göz yumulurdu.

2014-cü ildən iqtisadi vəziyyət dəyişib və nazirlər hər ay büdcə vəsaitlərinin xərclənməsi haqda hesabat verməlidir. Baş nazirə isə prezident tərəfindən nəzarət olunduğu xəbər verilir.

Artıq o zaman deyil ki, nazirlərin korrupsiya və mənimsəmə faktlarının üstündən sükutla keçilsin. Böhran hökuməti qənaət rejiminə keçməyə vadar edib.

Politika.Az



Oxunub: 16643


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il