İqtidar vitse-prezidentlərin təyinatında niyə tələsmədi? - Müdhiş pərdəarxası

İqtidar vitse-prezidentlərin təyinatında niyə tələsmədi?
Azərbaycanda referendumdan sonra vitse-prezidentlərin təyinatı olmadı

Politika.Az-a verilən xəbərə görə,
bu institutun yaradılmasına baxmayaraq fəaliyyətə başlaması 2018-ci ilə qala bilər.

İqtidar regionda cərəyan edən hadisələri və daxildəki iqtisadi prosesləri nəzərə alaraq vitse-prezidentlərin təyinatında tələsmədi.

Ona görə ki hökumətin hazırkı vəziyyəti bu məsələni gündəmə gətirməyi şərtləndirmir. Bu təyinatlar iqtidar daxilində müəyyən dərəcədə konflikt ocaqlarını alovlandıra, qarşıdurmaları, çəkişmələri dərinləşdirə bilər.

İndi hakimiyyət birqütblü deyil və müxtəlif qruplaşmalar, merkantil maraqları olan klanlar var. Onların hamısının istəkləri təmin olunmalıdır.

Bu arzular təbii ki, iqtidardakı mövqeləri möhkəmləndirmək və vitse-prezident postuna hər klandan bir namizədi yerləşdirməkdən ibarətdir.

İndiki halda bu təyinatlarla hansısa qrupların maraqları təmin olunmaya və narazılıq yarana bilər. Əlbəttə, hakimiyyətin içində balanslaşdırılmış siyasət yürüdülür.

Ölkə rəhbərliyi isə ilk növbədə qüvvələri tarazlaşdırmaq kursunu seçib və komanda daxilində qarşıdurma yaranmasına ehtiyac yoxdur.

Politika.Az-a verilən xəbərə görə, digər tərəfdən məsələyə hüquqi aspektdən yanaşmaq lazımdır. Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra 2018-ci ildə seçiləcək prezident vitse-prezidentlər təyin edə bilər.

İndiki prezidentin də səlahiyyəti var. Amma bunun üçün növbədənkənar seçkilərə gediməliydi. Hakimiyyət isə buna getmədi.

Vitse-prezidentlik institutunun geosiyasi hadisələrə bağlılığını tapa bilməyənlər üçün referendumun niyə keçirildiyini şərh etmək zəruridir. Referendum Konstitusiyaya əlavə və düzəlişlərdən öncə iqtidarın təzədən bölüşdürülməsi siyasəti idi.

Əslində, bu kontekstdə zaman-zaman təhlillər olub. Lakin yeni iqtisadi siyasət və regiondakı olaylar vitse-prezidentlik məsələsinə təzədən baxmağı şərtləndirir.

Hər şeydən əvvəl siyasi hakimiyyət çalışacaq ki, təyinatlar daha da yubansın. Bu təyinatların apreldə olacağı haqda proqnozlar səslənsə də, 2018-ci ilə kimi məsələnin qeyri-müəyyən qalacağı istisna edilmir.

Elə prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin olmayacağını deməklə həm də vitse-prezidentlərin təyin olunmayacağına eyham vurmuşdu.

Politika.Az



Oxunub: 7399


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il