Prezidentin “Yol Xəritəsi”nə düşmən nazirlər kimlərdir? - Sensasion adlar

Prezidentin “Yol Xəritəsi”nə düşmən nazirlər kimlərdir?
Prezident İlham Əliyev “Strateji Yol Xəritəsi” ilə anti-böhran tədbirlərini gücləndirir. Dövlət başçısı 2017-ci ildə böhranın daha ağrısız keçməsi üçün bütün sahələr üzrə kompleks addımlar atılması barədə fərmanlar imzalayır.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki,
ölkə başçısının “Yol Xəritəsi”ndən çıxan nazirlərin vəzifədən getməsinin vaxtı çatıb.

Artıq sistemli addımlarla bərabər fiqurların da dəyişməsinin zamanıdır. Çünki bu komandada bəzi nazirlər var ki, həmin “xəritə”ni də öz mənfəəti üçün istifadə edəcək.

Bu nazirlər ölkənin sərvətlərini talamaqla və milyonları oğurlamaqla varlanıb, oliqarx-biznesmenlər kimi həyat yaşayır.

Onlarla isveçli, hollandiyalı nazirlərin arasındakı fərqi məhz korrupsiya fəaliyyəti ilə məşğul olmaları, büdcə pullarının silməliridir.

Ona görə də hakimiyyətin siyasətinə, prezidentin mühüm islahatlarına qarşı gedən həmin nazirlər “xəritə”dən də kənara çıxacaqlar. Onların əksəriyyəti Nazirlər Kabinetində tormozlayıcı qüvvələrdir.

Məsələn, kənd təsərrüfatı naziri Heydər Əsədov, özəl bankların dərdini çəkən və vətəndaşları düşnməyən Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, səhiyyə naziri Oqtay Şirəliyev, Əmlak Komitəsi sədri Kərəm Həsənov, iqtisadiyyat naziri Şahin Mustafayev, rəhbərlik etdiyi nazirliyin ləğvinə zərurət olan energetika naziri Natiq Əliyev, Azərsu sədri Qorxmaz Hüseynovu ilkin siyahıda göstərmək olar.

Onların xalqın pullarını çırpışdırması, maxinasiyalar, tender oyunları, müxtəlif mənimsəmələri göz qabağındadır. Əslində, siyahıda icra başçıları da xüsusi yer tutur. Amma ilk növbədə “Yol xəritəsi”nin düşməni olan nazirlər var.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədov, Dəmir Yolları QSC sədri Cavid Qurbanov, Dövlət Dəniz Administrasiyası rəhbəri Qüdər Qurbanov kimi nəqliyyata bağlı məmurların öz sahələrində böyük yeyintilərə yol verdiyi iddia olunur.

Prezident böhrana qarşı çırmanıb, xalqın sosial həyatını dirçəltmək üçün müvafiq qərarlar verir, di gəl ki nazir-məmur ordusu yol xəritəsinə düşmən mövqeyindədir. Onlar islahatlara təkan vermək istəmir. Çünki korrupsiya mənbələri üzlərinə bağlanacaq.
Qeyd edək ki, artıq Azərbaycanın sərhədboyu ərazilərində yeni logistika və ticarət mərkəzləri yaradılacaq. Bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.


Strateji yol xəritəsində bildirilir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq Aeroportunda və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etməkdən ötrü avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək.

Rayonlararası əlaqənin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri əsas prioritet olacaq, yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq.

Daha sonra qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün sərhədboyu ərazilərdə (məsələn, Qırmızı körpü, Astara, Xaçmaz və s.) yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq.

Politika.Az



Oxunub: 14373


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il