Fərahim İlqaroğlu ilə bağlı istintaq niyə nəticəsizdir? - Təfərrüatlar

Fərahim İlqaroğlu ilə bağlı istintaq niyə nəticəsizdir?
Jurnalist işin uzanmasından narahatdır, müstəntiq isə istintaqın gedişi barədə məlumat vermir

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsindən bir aya yaxın vaxt keçsə də, hələ də işin üstü açılmayıb. İşin ləng getməsi səbəbindən Nizami Rayon Polis İdarəsindən şikayətlə, alınıb Daxili İşlər Nazirliyinə verilsə də, nazirlik indiyədək nəticə əldə edə bilməyib.

Jurnalist özü Musavat.com-a bildirib ki, işlə bağlı heç bir yenilik yoxdur: “Heç bir yeni məlumat yoxdur. Gözləyirəm ki, müstəntiq zəng vurub çağırsın. İş uzandıqca uzanır. Bilmirəm, istintaqa nə mane olur”. F.İlqaroğlunun vəkili Elçin Sadıqov da işlə bağlı hər hansı yeniliyin olmadığını diqqətə çatdırıb.

İşi aparan müstəntiq Mikayıl Qüdrətov isə istintaqın gedişi ilə bağlı məlumat vermək istəməyib: “Yaxşı olar ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edəsiniz. Doğrudur, işin istintaqını mən aparıram. Ancaq məlumatı nazirliyin mətbuat xidməti versə, yaxşı olar”. Nazirliyin mətbuat xidmətindən isə gün ərzində suallarımızı cavablandırmadılar.

Qeyd edək ki, jurnalistin döyülməsi haqda Avropa Şurası Parlament Assambleyasının Bakıda səfərdə olan həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexə də məlumat verilib. Jurnalistlə bağlı işin bu qədər uzanması narahatedicidir və ciddi şübhələrə əsas verir. F.İlqaroğluna qarşı törədilən sui-qəsdin sifarişçisi olduğu bildirilən Kikboksinq Federasiyasının idmançısı Tural Bayramov indiyədək həbs edilməyib. T. Bayramovun hələ də azadlıqda gəzməsi, əsl sifarişçinin tapılmaması, F.İlqaroğlunu döyən Feyruz Termişinə kömək edən digər şəxsin tutulub istintaqa təhvil verilməməsi narahatlıq doğurur.

T.Bayramov nəinki məsuliyyətə cəlb edilməyib, jurnalisti döyən F. Termişinin Nizami Rayon Polis İdarəsində sifarişçinin kimliyini etiraf etməsi belə, dindirmə protokolunda rəsmiləşdirilməyib.

Jurnalist deyir ki, artıq idmançını himayə edən, istintaqa təzyiq göstərən şəxsin məhz deputat Elton Məmmədov olduğu şübhə doğurmur. Onun sözlərinə görə, T.Bayramova jurnalistin döyülməsini sifariş verən də deputatın oğlu Aynardır: “Hadisənin baş verdiyi vaxtdan sonra ilk günlərdə Məmmədovların bu sui-qəsddə barmağının olmasına şübhələrimiz var idisə, artıq heç bir tərəddüd yoxdur”.



Oxunub: 136


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il