Tərtərdə polis azyaşlı uşağı vurdu

Tərtərdə polis azyaşlı uşağı vurdu
Uşağın valideynləri şikayətçi olmayıblar

Bu gün Tərtər rayonunda 6 yaşlı uşaq faciəli şəkildə həyatını itirib. O, babası ilə yolu keçərkən sürətlə hərəkət edən avtomobilin altında qalıb. Qəribədir ki, uşağın valideynləri şikayətçi olmayıblar.

Politika.Az xəbər verir ki, AzNews.az hadisənin təfərrüatını araşdırıb.

Məlum olub ki, maşınla uşağı vuran şəxs Tərtər rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Əliyev Məhəmməd Zakir oğludur.

Polis şöbəsinin müstəntiqi Elvin Kərimov faktı təsdiqləyib:

“Vəfat edən uşaq 2008-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyevdir. O, qəflətən babasının əlindən buraxılaraq avtomobilin qarşısına çıxıb və hadisə nəticəsində yerindəcə dünyasını dəyişib. Uşağı vuran avtomobil isə Tərtər rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Əliyev Məhəmməd Zakir oğlu olub”.

Qeyd edək ki, hadisənin başvermə səbəblərini Tərtər Rayon Prokurorluğu araşdırır.



Oxunub: 305


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il