“Bakcell” ofisindəki davaya görə üzr istədi

“Bakcell” ofisindəki davaya görə üzr istədi
“Bakcell” şirkəti mayın 24-də şirkətə məxsus obyektlərin birində yaranmış insidentlə bağlı açıqlama yayıb

Açıqlamada deyilir:

“Bakcell” şirkətinin Hüseyn Cavid prospekti, 147 ünvanında yerləşən ofisində “Bakcell” Müştəri Xidmətləri Mərkəzi və diler dükanı fəaliyyət göstərir.

“Bakcell” şirkəti mayın 24-də həmin ofisdə baş verən xoşagəlməz hadisə ilə bağlı olaraq bildirir ki, insident “Bakcell” əməkdaşları arasında yox, dilerin mağazasının işçiləri arasında baş verib. Hadisənin iştirakçıları bir neçə saniyədən sonra ofisi tərk ediblər və insident mərkəzin fəaliyyətinə heç bir təsir göstərməyib. İnsidentdə heç bir abunəçi iştirak etməyib.

“Bakcell” şirkəti hadisə ilə bağlı araşdırma aparıb. Diler bildirib ki, insidentin yaramasına səbəb olan mağaza əməkdaşları barəsində artıq müvafiq qaydada ciddi tədbirlər görülüb. “Bakcell” şirkəti yaranmış narahatçılığa görə müştərilərdən üzr istəyir”.



Oxunub: 260


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il