Bakıda "ölüm qoxulu" avtobuslar

Bakıda "ölüm qoxulu" avtobuslar
Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir

Bu barədə ANS PRESS-in redaksiyasına kütləvi şəkildə etirazlar gəlir. Oxuculardan biri ANS PRESS-ə şikayətində bildirib ki, qanunla qadağan olmasına baxmayaraq, avtobus sürücüləri içərisi adamla dolu olan maşınla yanacaqdoldurma məntəqələrinə girir. Sürücülər sərnişin dolu avtobusla yanacaq doldurur. Hətta çox vaxt sürücü sərnişinlərə yanacaqdoldurma məntəqəsinə girməsi barədə xəbərdarlıq da etmir.

Cavid Babayev adlı oxucu avtobusların birində gedərkən bu hal ilə rastlaşıb. Oxucu dərhal mobil telefon vasitəsilə olanları çəkib. Oxucu deyir ki, içərisi sərnişin dolu olan avtobus yanacaqdoldurma məntəqəsinə girərkən, məntəqə işçisi və nəzarətçi də buna etiraz etməyib.

“Əgər bədbəxt hadisə baş versəydi, günahkar kim olacaqdı? Kimlərinsə özbaşnalığı ucbatından onlarla insan ölüm təhlükəsilə üz-üzə qalır”, - deyə Cavid Babayev vurğulayıb.



Oxunub: 261


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il