Mədəniyyət abidələrimizi kim talan edilir? -Açıqlama

Mədəniyyət abidələrimizi kim  talan edilir?
Son illər paytaxt Bakıda, eləcə də ölkənin digər şəhər və rayonlarında müxtəlif mədəniyyət müəssisələrinin, tarixi memarlıq abidələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb

Həmçinin onların fəaliyyətində ciddi irəliləmə müşahidə olunmaqdadır. Buna baxmayaraq, hələ də bəzi rayonlarımız var ki, orada mədəniyyət və turizm şöbələrinin iş prinsipi yerli əhali tərəfindən narazılıqla qarşılanır. Misal kimi, Qax Rayon Mədəniyyət və Turizm Şöbəsini göstərmək olar

Beləliklə, adıçəkilən rayonun mədəniyyət və turizm şöbəsinin 1949-cu ildə təşkil edildiyini vurğulayan məlumatlı şəxs bildirir ki, hazırda şöbəyə Nəzir Omarov rəhbərlik edir. Mənbə həmçinin, qeyd edir ki, bu gün Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsində 96 müəssisə və 1 abidə mühafizəçiləri qrupu fəaliyyət göstərir: «Rayondakı 49 kitabxana, 23 mədəniyyət evi, 17 klub, Heydər Əliyev Mərkəzi, 2 muzey - Tarix Diyarşünaslıq və İsmayıl Dağıstanlının xatirə muzeyləri, İlisu tarix mədəniyyət qoruğu, rəsm qalereyası və incəsənət məktəbində ümumilikdə 506 nəfər işçi çalışır. Bundan başqa, hazırda Qaxda 2 mehmanxana, «Şəfa» istirahət və müalicə pansionatı, İlisu pansionatı, «Yaşıl park», «Ulu», «İmproteks», «Ulu dağ» turizm və istirahət mərkəzləri və «Eden» Park hotel, «Səngər qala» istirahət mərkəzi, «El Resort» beş ulduzlu otel fəaliyyət göstərir. Həmçinin bu gün Qax rayonunda «Gülnur», «Minbirdad», «Qafqaz», «Ballı bulaq», «Miqidana», «Mərkəz», «Mezollit», «Buz bulaq» və «Laçın qaya» adlı restoranlar yerli camaatla yanaşı, turistlərə də xidmət göstərirlər».

Məlumatlı şəxsin bilgilərindən belə aydın olur ki, Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin yarıtmaz işi qurumun nəzdində fəaliyyət göstərən kitabxanalar və mədəniyyət evlərində, eləcə də digər müəssisələrdə çoxsaylı neqativ halların yer almasına səbəb olur: «Beləliklə, hazırda Nəzir Omarovun rəhbərlik etdiyi Qax Rayon Mədəniyyət və Turizm Şöbəsində çox ciddi özbaşınalıqlar hökm sürür.

Buna görə də Qaxın mədəniyyət abidələri talan edilir. Şöbə müdiri icra başçısı Musa Şəkiliyevlə əməlli-başlı işbirliyi qurub. Belə ki, o, Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən obyektlərdən əldə olunanların bir hissəsinin icra başçısına çatdığını bildirməklə «şərt»lərinə əməl olunmasını tələb edir. Nəzir Omarov onun «tələb»lərini yerinə yetirməyən şəxsləri vəzifələrindən qovulacaqları ilə hədələyir. Odur ki, qarşı tərəf «danışıqlara» «hə» demək məcburiyyətində qalır. Məhz elə bu səbəbdən də hazırda Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən müəssisələrin bir çoxunda ştat cədvəlinə salınmış «ölü canlar»ın sayı real işçilərin sayından daha çoxdur.

Belə ki, şöbənin nəzrində fəaliyyət göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Aradakı fərq isə təbii ki, ayrılan əməkhaqlarının mənimsənilməsi üçün qəsdən yaradılıb».

Nəzir Omarovun Qax Rayon İcra Hakimiyyətində daha yüksək vəzifəyə gəlmək iddiasında olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, o, bu məqsədini reallaşdırmaqdan ötrü Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xidmətlərindən yararlanmağa çalışır: «Rayon mədəniyyət və turizm şöbəsinin tabe müəssisələrində işə qəbul maraqların təmin olunması prinsipilə həyata keçirilir.

Odur ki, Nəzir Omarovun qoyduğu «şərt»lərə əməl etmədən heç kim onun rəhbərlik etdiyi sahədə işlə təmin oluna bilməz. Artıq bu, demək olar ki, rayonda hər kəsə bəllidir. Odur ki, Nəzir Omarov həm mümkün təhlükədən özünü sığortalamaq, həm də rayon icra hakimiyyətində daha yüksək vəzifəyə təyinat almaqdan ötrü Əhməd Əhmədzadənin yardımlarına baş vurmağı planlaşdırır. Bu işdə, yəni Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrilə əlaqə qurmaqda ona rayon icra başçısı Musa Şəkiliyev yardımçı ola bilər. Ümumiyyətlə, bu gün Qax rayonunda vəzifə sahibi olan şəxslərin böyük əksəriyyəti Əhməd Əhmədzadə ilə «kontaktı» məhz icra başçısı vasitəsilə qururlar». Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.



Oxunub: 276


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il