Korrupsiyaya qarşı idarənin “əməkdaşları” həbs olundu

Korrupsiyaya qarşı idarənin “əməkdaşları” həbs olundu
Özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş şəxslər cinayət başında yaxalanıb

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən özlərini həmin idarənin əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz hərəkətlərə yol vermələri barədə Bakı şəhər sakininin müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
“Kölgəli İqtisadiyyat və Korrupsiya” və “İqtisadiyyat və Kölgə” qəzetlərinin müxbirləri vəsiqəsini əldə etmiş Niyazi Məmmədov, Rüstəm Rüstəmov və Sənan Ağayevin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək özlərini həmin idarənin əməkdaşları kimi təqdim etməklə paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin nəzarətçisi Emil Hüseynovdan mərkəzin fəaliyyətinin dayandırılmaması müqabilində 500 manat məbləğində pul tələb edib həmin vəsaitin 200 manatını qabaqcadan alarkən cinayət başında yaxalanmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Niyazi Məmmədov, Sənan Ağayev və Rüstəm Rüstəmov iş üzrə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 012-361-11-36 telefon nömrəsinə və ya 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.



Oxunub: 830


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il