“Ərimin xəyanətindən sonra mən də onun dayısı ilə görüşdüm”

“Ərimin xəyanətindən sonra mən də onun dayısı ilə görüşdüm”
“Bazarda işləyən ilk məhəbbətimlə görüşməyə başladım...”

“Azərbaycanda tanınmış məmurlardan biri mənə dedi ki...”


“Qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edirik.

Onu uşaqlıqdan tanıyıram: məndən bir neçə sinif yuxarıda oxuyurdu. Hər dəfə məktəbdən gələndə onu gözləyən oğlanın Rusiyadan gəldiyini və onunla evlənmək istədiyini deyirdilər. Elə də oldu. Məktəbi qurtaran kimi onu hər gün dərsdən gələrkən yolunu gözləyən oğlana verdilər. Bir iki il kəndimizdə qalandan sonra Rusiyaya getdilər. Neçə il sonra Bakıda görüşdük və dedi ki, iki uşağı ilə həyat yoldaşından boşanıb. İndi həm siqaret çəkir, həm də yeri düşəndə içki də içir. Niyə boşandıqlarını isə Zülfiyyə özü belə nəql edir:

“Rusiyaya köçəndən sonra həyat yoldaşım avtodayanacaqda mühafizəçi işləyirdi. Sonradan başladı mənə xəyanətlər etməyə. Amma, məni çox qısqanırdı. Bir dəfə qohumlarının toyunda mənə camaatın baxdığı üçün vurub gözümü qaraltmışdı. Deyirdi ki: “elə geyinirsən hamı sənə baxır”. Xəyanət etdikcə aramızda sərinlik yarandı. O, qədər qudurmuşdu ki, mən evdə olanda evə qızla gəlirdi. Bir gün mən də ondan qisas almaq qərarına gəldim. Həyat yoldaşımın dayısının məndən çox xoşu gəlirdi. Bunu baxışlarından hiss etmişdim. Çox imkanlı adam idi, biz elə Rusiyaya onun yanına getmişdik.

Mən də həyat yoldaşımın dayısıyla görüşməyə başladım. Sonradan bu söhbət həyat yoldaşıma da çatdı. Məni iki uşaqla evdən qovdu. Məcbur olub qonşu şəhərdə yaşayan bacımgilə getdim. Orada bir – iki ay qalandan sonra Azərbaycana öz evimizə qayıtdım. Sonra özü də arxamca Azərbaycana gəldi. Yaxınlarımız bizi barışdırmaq istəsələr də bu mümkün olmadı. Həyat yoldaşım buna razı olmadı. Məhkəməyə müraciət edib boşandıq.

Bundan sonra nə edəcəyimi bilmirdim. Bazarda işləyən ilk məhəbbətimlə görüşməyə başladım. Gecələr kəndimizə gəlib mənimlə görüşürdü. Sonra onun da ailəsi bundan xəbər tutdu və bizi ayırdılar. Bir müddət yenə tək qaldım. Fikirləşdim ki, nə cürsə kəntdən çıxmalıyam. Qonşumuzun evinə gəlib – gedən qohumu “Kamaz” sürücüsü idi və Bakıya işləyirdi. Yavaş – yavaş onunla münasibət qurdum. Bir müddət sonra uşaqlarımı anamgildə qoyub onunla Bakıya qaçdım.

Bakıda ilk vaxtlar kirayə qalırdım. Kamaz sürücüsü mənə köməklik etsə də, bu yetərincə deyildi. Məcbur olub kafedə işə düzəldim və beləcə imkansızlıqdan kişilərlə görüşməyə başladım. Elə görüşdüyüm kişilərdən birinin köməkliyi ilə Lökbatanda torpaq alıb balaca bir koma tikdim. İndi iki uşağımla orda yaşayıram. İndi xəstəliyə görə çox kökəlmişəm. Əvvəl Bakıya təzə gələndə Azərbaycanda tanınmış məmurlardan biri mənə dedi ki, uşaqlarını kəntdə qoy, səni burda özüm saxlayım, amma mən razı olmadım.

Bu işi müəyyən vaxta qədər edirsən e, amma uşaqlar böyüdükdən sonra alınmır. İndi mənim ərə gedəsi qızım var, o bunu bilə - bilə necə mən kiminləsə görüşüm. Oğlum bu gün sabah əsgər gedəcək.

- Həyat yoldaşın necə oldu bəs?

Bir qadınla evləndi sonra onu da boşayıb yenidən Rusiyaya qayıtdı. Alimentini də ödəmir. Neçə ildi bu uşaqları belə çətinliklə saxlayıram. Belə işlərimə görə bir qardaşım var idi, o da məndən üz döndərdi. Demək olar anam və bacımdan başqa heç kimim yoxdu.(moderator.az)

Politika.Az



Oxunub: 5338


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il