700 uşağın beyni oğurlandı - DƏHŞƏT

700 uşağın beyni oğurlandı
Norveçdə baş verən hadisə tibb dünyasını və valideynləri şoka salıb. Uzun müddət dava edən araşdırmalar nəticəsində məlum olub ki, son 30 il ərzində həkimlər 700 uşağın beynini oğurlayıblar

Politika.Az xəbər verir ki, “VG” qəzetində çap edilən araşdırmaya görə, həkimlər ölən uşaqların beyinlərini və digər daxili orqanlarını ailələrindən xəbərsiz şəkildə, əməliyyatla çıxarıblar. Hadisələrin üstünün açılmasından sonra həkimlər “icazə istəsəydik, ailələr üçün bu, çox çətin olacaqdı” deyərək özlərini müdafiə etməyə çalışıblar. Qəzetin jurnalistləri hadisəni araşdırmaq üçün iki ay xəstəxanalarda çalışıblar.

Uşaqların orqanlarını çıxararaq üzərində araşdırma aparan qrupun rəhbəri professor Torleiv Ole Rognum qəzetə açıqlamasında həyatını uşaqların ölüm səbəblərini araşdırmağa həsr etdiyini deyib. Məlumatlara görə, layihəyə 1984-cü ildə uşaq ölümləri artdıqdan sonra start verilib. Gözlənilməz uşaq ölümünün araşdırılması və səbəbinin açıqlanması tibb aləminin də diqqət mərkəzindədir.



Oxunub: 356


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il