Ankara və Kreml Qarabağ üçün çırmanıb: Vaşinqtondan laqeydliyin sirri - ÖZƏL

Vaşinqtondan laqeydliyin sirri
Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Rusiya fəallığını davam etdirir

Politika.Az-ın məlumatına görə,
danışıqlar prosesi dalana dirənsə də, iki ölkənin aktivliyi müşahidə edilməkdədir.

Ermənistan sülh danışıqlarından yenə də yayınır. Üstəlik, Rusiya və Türkiyənin problemin həlinə yönəlik müsbət istiqamətdə fəallığına baxmayaraq, ABŞ yaxasını kənara çəkib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşüb.

Qriqori Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstəyin göstəriləcəyini bildirib. O, eyni zamanda regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığını israr etdi.

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiyanın iradəsinə hörmət edir”.

Bu sözləri isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, Moskva və Ankaranın əməkdaşlığı Suriya və İraqdakı münaqişələrin həllində çox vacibdir.

Politika.Az olaraq qeyd edək ki, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Rusiyaya səfəri çərçivəsində Cənubi Qafqazdakı vəziyyət barədə danışıqlar aparacağını bildirmişdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra əlavə edib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib:

"Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir". Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.

Politika.Az



Oxunub: 22370


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il