Müammər Qəddafi haqqında şok iddia

Müammər Qəddafi haqqında
Bu barədə məlumatı olanlar şəxsən Qəddafinin əmri ilə öldürülüb

Liviyanın köhnə lideri Müammər Qəddafi haqqında şok iddianın doğru olduğu irəli sürülüb.

Politika.Az xəbər verir ki, keçmiş Liviya lideri Müammər Qəddafinin anası Aişə xanımın yəhudi əsilli olması ilə bağlı iddiaların doğru olduğu bildirilir.

1997-2010-cu illərdə Müammər Qəddafinin şəxsi köməkçisi işləyən Nuri əl-Mismari keçmiş liderin anası Aişə Qəddafinin yəhudi əsilli olduğunu vurğulayaraq, bu barədə məlumatı olanların şəxsən Qəddafinin əmri ilə öldürüldüyünü açıqlayıb.

2010-cu ildə rejimdən ayrılaraq Avropaya qaçan Mismari Londonda yayımlanan "Əl-Həyat" qəzetinə verdiyi xüsusi müsahibədə, Qəddafinin ən sadiq adamlarından Saleh Bu Fərvanın eyni səbəblə 1980-cı illərdə Rumıniyada öldürüldüyünü, Fərvaya Aişə Qəddafinin yəhudi olduğunu söyləyən Liviyanın Roma səfiri Əmmar Zunun da sirli bir sui-qəsd qurbanı olduğunu söyləyib.

Qeyd edək ki, Müammər Qəddafi Liviyada 42 il diktatorluq rejimindən sonra 2011-ci ilin oktyabrında dəhşətli şəkildə öldürülüb.



Oxunub: 883


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il