“Rövşən Lənkəranski”nin keçmiş tərəfdaşına sui-qəsd olundu

“Rövşən Lənkəranski”nin keçmiş tərəfdaşına sui-qəsd olundu
Dekabrın 23-nə keçən gecə Hollandiyanın paytaxtı Amsterdamda mərhum “Rövşən Lənkəranski”nin keçmiş tərəfdaşı və ortağı olan nüfuzlu çeçen kriminal avtoritet Həmzət Qastemirova sui-qəsd olub

“Şeyx Həmzət” ləqəbli çeçen kriminal avtoritet vaxtilə Lənkəranskinin başçılıq etdiyi klanın “Avropa obşakı”ına-kassasına nəzarət edir.

Ona öldürməyə cəhd göstərən azərbaycan və çeçn əsilli iki killer saxlanılıb. Onların 30-35 yaşlarında olduğu bildirilir.
“Rövşən Lənkəranski”nin keçmiş tərəfdaşına sui-qəsd olundu
Hadisə Nieuwland Parc 121 2952 DB Alblasserdam ünvanında yerləşən “Staay Food Group Holding” topdansatış meyvə-tərəvəz bazasında baş verib. Agentliyi məlumatlandıran mənbə bildirib ki, killerlər “Glok” tapançası və səsboğucu ilə təchiz olunmuş “Kalaşnikov” avtomatı ilə silahlanıblar. Gecə saatlarında bazanın ərazisinə yüzlərlə TIR daxil olduğundan mühafizəçilər yük avtomobili ilə bazaya gələn killerləri nəzərdən qaçırıblar.

Topdansatış bazasına nəzarət edən Şeyx Həmzət həmin vaxt orada olub və işlərə nəzarət edirmiş. Killerlər ona sui-qəsd həyata keçirsələr də cəhdləri uğursuz olub. Atışma zamanı Şeyxin bir mühafizəçisi çiynindən yaralanıb. Kriminal avtoritetin mühafizəçiləri cavab atəşi ilə killerləri zərərsizləşdiriblər, onların biri ayağından, digəri kürəyindən yaralanıb. Hadisə yerinə gələn polis qüvvələri killerləri tutub və onları bölməyə aparıblar. Şeyx Həmzətə qarşı sui-qəsdi kimin sifariş verdiyi barədə məlumat yoxdur.

Xatırladaq ki, Şeyx Həmzət Lənkəranskinin ölümündən sonra onun Avropdadakı bütün aktivlərini, o cümlədən İtaliyadakı iki dəbdəbəli hotelini ələ keçirib.

Rusiya FTX-dakı mənbələr deyir ki, Qastemirovun nəzarətindəki “obşak”ın aktivləri iri bankın aktivləri ilə müqayisə oluna bilər. Hazırda Rusiya DİN və FTX-da Qastemirovun barəsində 37 cinayət dosyesi var.

Avropadakı “obşak”ın Şeyx Həmzətin nəzarətinə verilməsi məsələsi hələ “Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxari Kalaşovun Ermənistanda keçirdiyi “sxodka”da qəbul olunub. “Şakro” özü iyul ayında həbs olunub.

Bildirilir ki, “Şakro”nun Avropadakı aktivləri, bukmeyker kontorları, Las-Veqasdakı kazinosu, Belçikadakı daş-qaş evi, habelə Rusiyadakı iri neft şirkətinin səhm paketi Şeyxin nəzarəti altındadır. Qastemirov həmçinin Avropada keçmiş Sovet respublikalarından olan zərgərlərə “krışalıq” edir. Məlumata görə Şeyx Las-Veqasdakı “Caesars Palace” kazinosunun 35 faizinin sahibidir. Bu, dünyanın ən iri hotel-kazinolarından biridir. Çeçen mafiozun qüdrəti o qədər böyükdür ki, bu ilin avqust ayında onun ailə bayramında Al Paçino və Robert De Niro kimi Hollivud ulduzları da iştirak edib. (virtualaz.org)

Politika.Az



Oxunub: 1159


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il