Elman Rüstəmov gecikdi, dollar ajiotajı yatmır - Açıqlama

Elman Rüstəmov gecikdi, dollar ajiotajı yatmır
Hərraca 300 milyon dolların çıxarılması dollar bazarında ajiotajı yatıra bilmir

Politika.Az xəbər verir ki,
Mərkəzi Bank bunu çox gec etdi və dollar qıtlığı yaranıb.

Əslində, Mərkəzi Bank zamanında təklifləri nəzərə alıb istifadə etsəydi valyuta bazarında son 1 aydakı vəziyyət də müşahidə edilməzdi. Banklar isə sifarişi şişirdirdilər ki, Dövlət Neft Fondunun 50 milyon dollarlıq satışından mümkün qədər çox valyuta cəlb edə bilsinlər.
Elman Rüstəmov gecikdi, dollar ajiotajı yatmır
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatı var: “Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməlidir. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib.

Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq.

Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olacaq”.

İqtisadçı güman edir ki, Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçəcək: “Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir.

Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə sadəcə qısa müddət qalıb”.

Politika.Az



Oxunub: 7664


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il