Neftin bahalaşması “yorğan”ı uzatmadı - Fakt

Neftin bahalaşması “yorğan”ı uzatmadı
Dekabrın 6-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Politika.Az-a verilən məlumata görə, 06.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7339 səviyyəsində müəyyən olunub. Dekabrın 5-də də USD/AZN rəsmi məzənnəsi 1,7339 manat təşkil edib.

Brent markalı neftin qiyməti 2015-ci ilin iyulundan bu yana ilk dəfə olaraq $55 həddini keçdi. Bazarlarda optimist əhval-ruhiyyə hökm sürür və bazarları qızdıran bir amil də OPEK və qeyri-OPEK ölkələri arasında dekabrın 10-da baş tutacaq görüşdə hasilatın ikincilər tərəfindən gündəlik olaraq 600 min barel azaldılmasına dair xoş xəbərlərin yayılmasıdır.

Azərbaycana gəldikdə isə gələn il hökumət hasilatın 1,5 mln tonadək azaldılması ilə bağlı proqnozlarını artıq Milli Məclisə göndərirdiyi büdcə paketində qeyd edib. Yəni cari ildə 41,306 mln ton neft hasilatı gözləyirsə, 2017-də bu göstəricinin 39,796 mln-a qədər azalacağını proqnozlaşdırır.

Hesab edək ki, azalma tempi bu qədər olmayacaq. Yəni azalma 1,2 mln ton həddini keçməyəcək. Və bunun da təqribən 1 min tonu ACG-nin payına düşəcək. Yəni ACG-dən cari ildə olduğu kimi 31,1 mln ton deyil, cəmi 30 mln ton ətrafında neft hasil ediləcək.

Onda gələn il Neft Fondu reallıqda $6,8-7 mlrd arasında gəlir əldə etmək imkanı qazanar. Yəni istənilən halda bu göstərici neftin qiymətlərinin 27% artımında belə Azərbaycanın mənfəət neftinin daxilolmalarını 2015-ci il nəticəsini üstələməyə imkan vermir.

Politika.Az xəbər verir ki, bu göstərici belə ölkədə iqtisadi dirçəlişə səbəb ola bilməyəcək. Vitse-spiker Bahar Muradova da “ayağınızı yorğanınıza görə uzadın” çağırışı edir.

İqtidar kəmərsıxma əməliyyatını getdikcə gücləndirir. Hakimiyyət iqtisadı gedişata uyğun olaraq maksimum dərəcədə qənaətə çalışır. Dolların hər gün kursunun dəyişməsi və qalxması ilə paralel olaraq bazarlarda qiymətlər də kəllə-çarxdadır.

Ölkənin iqtisadi vəziyyəti təkcə siyasətçiləri və iş adamlarını deyil, sadə kəndlini də, ucqar dağ kəndində yaşayan insanı da narahat etməkdədir. Gəlirlər azalıb, bahalaşma gedib, dövlət və özəl sektorda ixtisarlar aparılıb.

Bu iqtisadi proses davam etməkdədir. Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Belə ki, qiymətlər daha sürətlə bahalaşacaq.

Politika.Az



Oxunub: 2365


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il