Neft hökuməti aldatdı: İşsizlər ordusu böyüyür, deputatdan üsyan - Fakt

İşsizlər ordusu böyüyür, deputatdan üsyan
Azərbaycanda işsizlər ordusunun sıraları genişlənir. Devalvasiya iş yerlərində ixtisarlara və müəssisələrin qapadılmasına səbəb olur.

2017-ci ilə qədər bu prosesin daha ağır xarakter alacağı proqnoz verilir. Hökumət şahiddir ki, xarici şirkətlər də ölkəni tərk edir. İqtisadi böhrana qarşı kompeks tədbirlərin ləngliyi və tormozlanması xalqın həyatına ciddi şəkildə təsir edir.

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər yayıb. Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin tormozlayıcı fəaliyyəti nəticəsində əhalinin içərisində işsiz insanlar və aztəminatlı ailələrin sayı çoxalır.

2008-ci ildən iqtisadi dirçəliş ölkədə orta təbəqənin yaranmasına gətirib çıxarmışdı. 2014-cü ilə qədər insanlar işləyirdi, dolanırdı, mülk alırdı, kreditlə müəyyən arzularını həyata keçirirdi, təhsil haqlarını ödəməkdə, toy etməkdə çətinlik çəkmirdi.

Neft pulları əhalinin sosial həyatını yüksəldirdi. Amma dəfələrlə deyilirdi ki, böhran hər an bizi yaxalaya bilər və daxili istehsalatı gücləndirmək, ixracı artırmaq, monopoliyanı ləğv etmək, qeyri-neft sektorunu inkişaf etdirmək mühümdür. Hökumət isə nə iqtisadçıları, nə mütəxəssisləri eşirdi. Və bu arxayınlıq ölkədə ağır iqtisadi vəziyyət yaradıb.

Politika.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, deputatlar da Tarif Şurasının qərarlarını, bank siyasətini, hökumətin iqtisadi prosesləri idarəçiliyini sərt tənqid edir.

“Bəzən hökumət qurumları belə bir fikir səsələndirir ki, “iş yerləri var, amma işləmək istəyən yoxdur”. Təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır”.

Bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, ona görə də aidiyyatı dövlət qurumlarının iş yerlərinin olması və işləmək istəmirlər barədə deyilən fikirlərir həqiqətə uyğun deyil:

“Demək ki, “iş yeri var, amma işləmək istəmirlər” ifadəsi düz deyil. Axı bu maaşa dolanmaq olmaz. Ona görə də hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxsınlar.

İş yerləri bağlananda nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olurlar. Bizə bu barədə şikayət ərizləri daxil olur. Biz isə müvafiq qurumlara bununla bağlı müraciət edəndə deyirlər ki, gələcəkdə bunu nəzərə alacağıq”.

Politika.Az



Oxunub: 8011


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il