Politika.Az-ın iki həftə öncəki xəbəri təsdiqləndi: qaz-işığa limit artdı, növbədə isə - Təfsilat

qaz-işığa limit artdı, növbədə isə
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib

İclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb.

Politika.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dəyişikliyə əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib.

Ümumiyyətlə, prezident İlham Əliyevin göstərişi ilə Tarif Şurasının son qərarları ləğv oluna bilər. Bu barədə Politika.Az dekabrın 8-də yazmışdı. Cəmi iki həftə sonra xəbərimiz qismən təsdiqləndi.

Əldə etdiyimiz bilgilərdə iddia olunur ki, ölkə başçısının xalqın narazılığına səbəb olan digər sahələr üzrə bahalaşma ilə bağlı da tapşırıq verəcəyi gözlənilir.

Hökumət daxilində Şuranın son qərarları ciddi narahatlıq və narazılıq doğurub. Hətta bu addımın özbaşına və mərkəzlə razılaşdırılmamış atıldığı vurğulanıb.

Sosial şəbəkələrdə və mediada cəmiyyətin son bahalaşma ilə bağlı narazılığı öz əksini tapmaqdadır. Eyni zamanda parlamentdəki bəzi deputatlar da dilə gəliblər.

İddialara görə, iqtidar rəhbərliyinin hər zaman olduğu kimi bu dəfə də humanist addım atacağı və məmurların özfəaliyyətinə son qoyacağı gözləntisi var. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir.

Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.

Politika.Az xəbər verir ki, prezident bazarlarda qiymətlərin tənzimlənməsi və bütün sahələrdə gedən qiymət artımını önləmək üçün mühüm tapşırıqlar verə bilər.

Anti-böhran tədbirləri getdikcə güclənir. Xalqın tək ümid yeri olan İlham Əliyev böhrana və məmurlara qarşı amansız mübarizə aparır.

Prezidentin imzaladığı antiböhran tədbirləri barədə tapşırıqları məmurların canına vəlvələ salıb. Azərbaycanda korrupsiyaya bulaşmış, aylıq “paket” alan məmurların “kürkünə birə salıb”.

Təşviş içində olan məmurlar bu layihənin həyata keçməsindən sonra ölkədə islahatların, şəffaf idarəçiliyin daha da güclənəcəyini yaxşı dərk edir. Ona görə də gəlir mənbələrinin kəsiləcəyi xəbəri bürokrat məmurları, korrupsioner və oliqarxa çevrilmiş bəzi nazirləri əndişələndirib.

Politika.Az



Oxunub: 3279


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il