Böhran Politika.Az-ı yıxdı: portalın bağlanmaq təhlükəsi var - Açıqlama

Böhran Politika.Az-ı yıxdı: portalın bağlanmaq təhlükəsi var
Ölkədəki iqtisadi böhran medianın da işini zəiflədib. Elektron KİV və çap mətbuatı ciddi itkilər verib, maliyyə problemləri yaranıb, maaşları ödəməkdə çətinlik çəkir.

Bu barədə bir neçə gün qabaq xəbər vermişdik ki, ixtisarlar gedəcək, bəzi xəbər portallarında və redaksiyalarda maaşlar azalacaq.

Böhran mətbuatın onsuz da ağır olan iqtisadi problemlərini daha dərinləşdirib. Bu təhlükədən Politika.Az da sovuşa bilməyib.

İlin sonuna doğru xəbər portalının bağlanmaq təhlükəsi daha da ciddiləşib. Saytın maliyyə problemləri fəaliyyətinə böyük təsir edib.

Bir media quruluşunun operativ, rəngarəng işləməsi üçün tələb olunan resurslardan biri də maliyyə və peşəkar kollektivdir.

Bu günə kimi saytımız var gücü ilə çalışıb və maddi məhrumiyyətlərə, çatışmazlıqlara baxmayaraq bütün potensialını ortaya qoyub.

İndi də xəbər portalımız maddi sıxıntılar içərisində çətinliklə fəaliyyətdədir, onlayn rejimdə çalışır, ən yaxşı xəbərləri operativ təqdim etməyə can atır. Bununla belə, maliyyə böhranı Politika.Az-ın bağlanması təhlükəsini xeyli dərəcədə reallaşdırıb.

Saytın baş direktoru Xəyyam Salmanzadə bildirib ki, yeganə yol oxucuların dəstəyi sayəsində ola bilər: “Belə getsə, mən gələn aydan ixtisarlar etmək məcburiyyətində qalacam. Biz iflas həddindəyik. İndiyə qədər bütün məhrumiyyətlərə, maliyyəsiz peşəkar xidmət göstərməyə dözmüşük. İndi vəziyyət daha da dramatikləşib.

Bir portalın özünü və işçiləri saxlaması üçün heç bir imkanı yoxdur. Bu vaxta qədər birtəhər, daxili resurslarımız hesabına işləyirdik. İndi ölkədəki iqtisadi proseslər bizə də təsir edib və bu təhlükəni biz görürdük, hiss edirdik ki, ölkədəki vəziyyət bizdən yan keçməyəcək.

Mən məcburam ki, bu günə qədər qoruyub balam kimi saxladığım bir informasiya portalını bağlayım. Burada çalışanların aqibətinin necə olacağı da qeyri-müəyyəndir. Çox çaşqın durumdayıq və ümidimiz oxucuların dəstəyinədir”.

Politika.Az



Oxunub: 1844


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il