Rüstəmov dolları bir batman da bahalaşdırdı - Detallar

Rüstəmov dolları bir batman da bahalaşdırdı
Azərbaycan manatının yanvarın 6-na olan məzənnəsi açıqlanıb

Politika.Az xəbər verir ki,
rəsmi məzənnə 1,7742 səviyyəsində müəyyən olunub. Yanvarın 5-də USD/AZN rəsmi məzənnəsi 1,7707 manat təşkil edib.

Hər keçən gün dolların məzənnəsinin yüksəlməsi insanların həyatına təsir edir. Yaşamaq çətinləşir və bahalaşma hər sahəni bürüyür.

Mərkəzi Bank nədənsə hərrac keçirməyib və banklar yenə də dollar satmır. Hökumət xalqa kömək etmək, böhrandan çıxmaq üçün əl tutmaq əvəzinə istismarçı siyasət davam edir.

Nazirlər Kabineti, Mərkəzi Bank və digər iqtisadi bloka daxil olan strukturlar anti-böhran tədbirlərini elə ləng həyata keçirir ki, insanların sürətlə vəziyyəti pisləşir.

Dollar Azərbaycanda indiyə kimi bu cür baha olmayıb. Manatın məzənnəsi süni sürətdə saxlanılır. Ona görə də proses manatın ucuzlaşması istiqamətində davam edir.

Azərbaycanın bu günkü iqtisadi vəziyyəti manatın məzənnəsini saxlamağa imkan vermir. Manatı sabit saxlasalar, sonda məcbur olub kəskin devalvasiyaya gedəcəklər. Ona görə də mütləq şəkildə yumşaq devalvasiya olmalıdır.

Politika.Az xəbər verir ki, banklarda dollar satışının dayandırılması “qara bazar”da valyuta mübadiləsini bahalaşdırıb.

“Qara bazar”da 1 ABŞ dolları 1. 9100 manata satılır. Dolların alışı isə 1.9000 manat müəyyən edilib. Bəzi məntəqələrdə isə ABŞ valyutası hətta 1.9300 manata satılır.

Xatırladaq ki, dekabrın sonlarında “qara bazar”da fəaliyyət göstərən bir neçə nəfərin məsuliyyətə cəlb olunmasından sonra valyuta mübadiləsi ucuzlaşmışdı.

Dollar alan və satanların cərimələnməsi və həbs edilməsi “qara bazarı” zəiflətmişdi. Ancaq yeni ildən bazar yenidən canlanıb. Valyutanın satış məzənnəsinin bahalaşması bunu deməyə əsas verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili Vahid Əhmədov 2017- ci ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını verib.

Deputat bildirib ki, “Strateji Yol Xəritəsi” təsdiqlənib: “Xəritədə göstərilənləri həyata keçirmək üçün operativ qərarlar verən, qərarı həyata keçirə bilən hökumət formalaşarsa, mənə elə gəlir ki, bu il müəyyən qədər problemlərin qarşısını ala bilərik.

Çünki hazırda Strateji Yol Xəritəsində nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün normal bir hökumətə ehtiyac var”.

Politika.Az



Oxunub: 4089


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il