“Elman Rüstəmov Dilarənin evinə pul çekləri göndərirdi” - Şok məktub

“Elman Rüstəmov Dilarənin evinə pul çekləri göndərirdi”
“Banklara hər maşın üçün 5500-6500 manat rüşvət verən adamı istintaqa cəlb etmədi”

“Ənvər Seyidov hər məhkəmədən sonra məni öz otağına apararaq, məndən yazılı surətdə məlumat alır və bildirirdi ki, Elman Rüstəmov deyir ki, pulların yarısını mən qaytaracam, yarısını da bank müdirləri”

6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Saleh İsmayılov “Azadlıq”a müraciət edib. Məhbus müraciətində Mərkəzi Bankın sədri Elman Rüstəmov barədə sensasion faktlar açıqlayıb. Saleh İsmayılov yazır ki, o, 2009-cu ildə Elman Rüstəmovun maxinasiyaları üzündən haqsız yerə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhbusun sözlərinə görə, o, Elman Rüstəmova Dilarə İmanova adlı qadının vasitəsilə şəxsi maşınlarını bank yoluyla satırmış. Saleh Ismayılov isə bu Dilarə Imanovaya, daha doğrusu, onun vasitəsilə Elman Rüstəmova müştəri tapırmış. “Banklara pul ödənilmədən hər həftə Elman Rüstəmov Dilarənin evinə nömrəsiz pul çekləri göndərirdi. Dilarə banka getmədən onun maşınlarının pulunu banklardan silirdi, yəni, borcları bağlayırdı”, – deyə məhbus bildirir.
Saleh İsmayılovun iddiasına görə, Dilarə İmanova Elman Rüstəmova yaxın şəxsdir. Məhbus bildirir ki, onun həbsinə sanksiya verilən gün Elman Rüstəmov istintaqla anlaşıb: “ O, istintaqa tapşırmışdı ki, bu işdə günahkar təkcə mən olum. Dilarə isə dəli kimi dəlixana yolu ilə bu işdən çıxsın.
Hətta dəlixananın rəisi ilə də anlaşıb”.

Məhbus deyir ki, onu həbs edən zaman müstəntiq bildirib ki, tapşırıq “yuxarı”dan gəlib.

Saleh İsmayılov daha sonra yazır: “Müstəntiq Vüqar Tağızadə Dilarənin beş evinə həbs qoydu, sonra da kimlərləsə evləri aralarında dədə malı kimi böldülər. Banklara hər maşın üçün 5500-6500 manat rüşvət verən adamı istintaqa cəlb etmədi. Bunların hamısını müstəntiq Vüqar Tağızadə edib. Məhkəmədə hakim Rauf Əliyev də eyni ssenari ilə işə son qoyaraq mənə 10 il ”iş” verdi. Elman Rüstəmovun adını çəkməyə imkan vermədi, heç son söz deməyə də qoymadı. Təbii ki, bütün bunlar Elman Rüstəmovun tapşırığı ilə olub.

Dörd ildən sonra Dilarə anlaqlı olaraq hakim Ənvər Seyidovun sədrliyilə keçən məhkəməyə gəldi. Ənvər Seyidov hər məhkəmədən sonra məni öz otağına apararaq, məndən yazılı surətdə məlumat alır və bildirirdi ki, Elman Rüstəmov deyir ki, pulların yarısını mən qaytaracam, yarısını da bank müdirləri. Amma Ənvər Seyidov da məni aldatdı.

Ənvər Seyidovun son sözü bu oldu ki, mən Elman Rüstəmovun adını çəkə bilmərəm, adını çəksəm məni işdən çıxartdırar.
6 il 6 aydan sonra şikayətimiz əsasında baş prokuror Zakir Qaralovun əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Idarəsində işə yenidən baxılması üçün məni 1 saylı Bakı Istintaq Təcridxanası apardılar. Iki ay sanksiya verilsə də, bu müddətdə müstəntiq gəlib çıxmadı.
Artıq mənə billidir ki, Elman Rüstəmov korrupsiya idarəsində işləyən müstəntiqlərlə də anlaşıb”.

Saleh İsmayılovun müraciətində Elman Rüstəmov, işi aparan müstəntiq və hakimlər barədə rüşvətlə bağlı ciddi ittihamlar var.

Qeyd edək ki, Elman Rüstəmovun adı Vyanada keçirilən “rüşvət məhkəməsi”ndə də hallanır. Bundan başqa devalvasiyaya görə də Elman Rüstəmov ittiham edilir. Indi də Saleh İsmayılov baş bankir haqqında sensasion faktlar açıqlayır. Əgər bu faktlar təsdiqini taparsa, Elman Rüstəmovun vəziyyəti ürəkaçan olmaya bilər.(azpolitika.info)



Oxunub: 1240


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il