Baş redaktor “MTN işi”nə görə istintaqa çağırıldı - YENİLƏNDİ

Baş redaktor “MTN işi”nə görə istintaqa çağırıldı
"Texnikabank”ın Bakı filialında külli miqdarda əmanətləri batmış vətəndaşların problemləri ətrafında qalmaqal getdikcə böyüyür

Belə ki, "Təzadılar” qəzetinin son sayında zərərçəkən əmanətçilərdən Xəqani Əzimov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və digərlərinin ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciəti dərc olunmuşdur. Onlar müraciətlərində ləğv olunmuş MTN-nin Baş Istintaq Idarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərovun "Texnikabank” işi” ilə bağlı onları necə qorxudub külli miqdarda pullarını rüşvət formasında aldıqlarından bəhs etmişlər. Müraciətdən məlum olurdu ki, şikayətçilər "Texnikabank”ın Bakı filialına yatırdıqları əmanətlərinin şərinə düşüblər və MTN generalı Mövlam Şıxəliyev onları dolayısı ilə bu əmanətlərdən imtinaya məcbur etməkdən savayı, həm də sonradan bu qədər pulu haradan aldıqlarını sorğu-sual etməklə onları həbslə hədələyib. Nəticədə kimi qorxusundan həmin əmanətdən imtina edib, kimisi generalın "çaldığı havaya oynamadığı üçün” həbs edilib, kimisi də külli miqdarda rüşvət verərək canını qurtarıb. Bu barədə "Azadlıq”ın bu günkü sayında da ətraflı bəhs edilib.

Bu gün isə məlumat aldıq ki, həmin müraciət əsasında məqalə dərc etmiş "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb, həmin qalmaqallı yazı ilə bağlı sorğu-sual edilib, ifadəsi alınıb… Məsələyə aydınlıq gətirilməsi üçün jurnalistin özü ilə əlaqə saxladıq. Asif Mərzili faktı təsdiqlədi.

"Bəs Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə nə üçün dəvət edilmişdiniz?”,-sualına o, belə cavab verdi:
-Bəli, bu gün bir müddət əvvəl ləğv olunmuş MTN-nin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin və onun şöbə müdiri olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərov tərəfindən "Texnikabank”ın işi ilə bağlı aparılmış istintaq dövründə hüquqlarının pozulması, incidilmələri, hətta külli miqdarda pullarının adıçəkilənlər tərəfindən rüşvət formasında alınması barədə zərərçəkənlərin, o cümlədən Hüseyn Səfərovun qəzetimizdə dərc olunmuş müraciətləri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə dəvət edildim… Xüsusilə mühüm işlər müstəntiqi tərəfindən dindirildim, bəzi suallara dair ifadə verdim…
-Müstəntiqin əsas sualları nə barədə idi?

-Zərərçəkənlərin qəzetdə dərc olunmuş və ölkə başçısı Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı müraciətlərindəki xüsusatlara bir daha aydınlıq gətirildi, dəqiqləşdirmələr aparıldı… Bəzi məsələlər var ki, istintaq sirrinə aid olduğundan onlara toxuna bilmirəm… Bircə onu deyə bilərəm ki, məlum yazı böyük diqqətə səbəb olub və bu istiqamətdə ciddi istintaq tədbirləri aparılır…(moderator.az)



Oxunub: 512


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il