ATƏT-in Minsk qrupu bəyanat yaydı

ATƏT-in Minsk qrupu bəyanat yaydı
“Biz tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq"
"Biz, ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik"


APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir.

Bəyanatda toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verilir: “Biz tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi yolla həlli yoxdur.

Vəziyyətin pisləşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar”.

Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü baş tutub



Oxunub: 568


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il