Müdafiə Nazirliyi ermənilərin itkilərinin sayını açıqladı - Rəsmi

Müdafiə Nazirliyi ermənilərin itkilərinin sayını açıqladı
Qarabağdakı qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir

Politika.Az bildirir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı söyləyib.

Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar: “Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin, etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”.

Qeyd edək ki, bu gün Rusiya mətbuatına açıqlamasında Qarabağ separatçılarının Moskvadakı “nümayəndəliyi”nin sədrinin məsləhətçisi Arsen Məlik-Şaxnazaryan döyüşlərdə erməni tərəfindən 50 nəfərin öldüyünü, itkin düşən 26 nəfərin meyitinin döyüş bölgəsində qaldığını, 100 nəfərin yaralandığını bildirib.



Oxunub: 853


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il