Deputat od püskürdü: “Bu qanunu haradan köçürmüsünüz?”

“Bu qanunu haradan köçürmüsünüz?”
“Qanun layihəsinin dili çox qəlizdir, çox bərbaddır, heç nə başa düşmək olmur. Bunu haradan götürmüsünüz, hansı ölkənin qanunundan köçürmüsünüz?”

Politika.Az
xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin ikinci oxunuşunun müzakirə zamanı deyib.

"Mən dünən Milli Məclisin müvafiq şöbəsi ilə danışdım, iradlarımı bildirdim, çünki həddindən artıq qəliz yazılıb, heç nə başa düşmək olmur. Bunu elə yazın ki, biz mütəxəssislər heç olmasa, başa düşək",- deyə millət vəkili vurğulayıb.

Deputatın sözlərinə görə, bu sənədin əslində əsas məqsədi daxili bazarı qorumaq, dempinqə məruz qalan məhsulların miqdarını azaltmaqdır: "Mən soruşmaq istəyirəm, ümumiyyətlə, Azərbaycanın dempinqə məruz qalan məhsullarının miqdarı, məbləği nə qədərdir? Hər halda müvafiq qurumlarda bunu bilənlər var. Onlar bunu açıqlasınlar. Bəlkə, heç dempinqə məruz qalan məhsullarımız yoxdur? O zaman bəlkə heç bu qanuna da ehtiyacımız yoxdur?"

Millət vəkili onu da deyib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmağa hazırlaşır. "O zaman bu qanun həmin təşkilatın tələblərinə uyğunlaşdırılmaklıdır. Yoxsa, bizim üçün əlavə problemlər yarana bilər. Azərbaycan ümumiyyətlə, bu məsələ ilə bağlı gələcəkdə hansıa dövlətə öz tələblərini irəli sürəndə, bunu çox ciddi şəkildə əsaslandırmalıdır, yoxsa, bizi məhkəməyə verə bilərlər. Ona görə, yenə soruşuram, ay qardaşlar, bunu haradan köçürmüsünüz - Rusiyanın qanundanmı, başqasındanmı? Mən indiki zamanda bunu ikinci oxunuşun müzakirəsinə çıxarmağın da tərəfarı deyiləm. Plenar iclasın ikinci oxunuşunun müzakirəsinə kimi, bu sənədi əməlli- başlı təkmilləşdirmək lazımdır".



Oxunub: 1008


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il