Sabiq nazir müavini kollec direktoru təyin olunub

Sabiq nazir müavini kollec direktoru təyin olunub
Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Qulu Novruzov vəzifəsindən azad edilib

Politika.Az
xəbər verir , bu barədə Q. Novruzov özü məlumat verib.

Onun sözlərinə görə, müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olunub.

Qeyd edək ki, Q. Novruzov keçmiş təhsil naziri Misir Mərdanovun müavini olub, nazir müavini vəzifəsindən azad edildikdən sonra TPİ-yə direktor təyin edilib.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

Politika.Az



Oxunub: 915


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il