Jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

Jurnalistin ölkədən çıxışına qadağa qoyuldu
Bu gün Nəsimi rayon Məhkəməsində jurnalist Aynur Qənbərovanın (Elgünəş)in ölkədən çıxmasına qadağa qoyulmasına bağlı iddia üzrə məhkəmə keçirilib

Politika.Az
xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov özünün feysbuk səhifəsində məlumat verib.

O bildirib ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses başqa vaxta təxirə salınıb. Vəkilin sözlərinə görə, buna səbəb Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və məhkəmənin sorğusuna cavab vermədiyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

E. Sadıqov bildirib ki, hakim Babək Pənahov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi Aynur Elgünəşin ölkədən çıxışına qadağa qoyulmasına əsas verən sənədlərin verilməsi üçün 28 mart 2016-cı il tarixdə sorğu göndərib. Bu günə qədər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə istintaq idarəsi həmin sorğunu icra etməyib və nümayəndəsini ümumiyyətlə məhkəməyə göndərməyib.

Politika.Az



Oxunub: 308


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il