TQDK və DQMK fəaliyyətlərini davam etdirəcək - AÇIQLAMA

TQDK və DQMK fəaliyyətlərini davam etdirəcək
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fəaliyyətlərini davam etdirəcək

Politika.Az
xəbər verir ki, bu barədə APA-ya TQDK-dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, mərkəz dövlət qeydiyyatına alınana qədər TQDK və DQMK fəaliyyətlərini davam etdirirlər və vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan bütün xidmətləri (elektron xidmətlər, test imtahanları, müsahibələr və s.) göstərəcəklər.

Qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınandan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək və təşkilatın yeni saytı istifadəyə veriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 11 aprel 2016-cı il 860 №-li fərmanı ilə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov, Niyazi Hacıyev, Fariz İsmayılzadə təyin ediliblər.

Politika.Az



Oxunub: 317


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il