İlham Əliyev təyin etdiyi yeni vitse-prezidentlər - siyahı

İlham Əliyev təyin etdiyi yeni vitse-prezidentlər
SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilib

Politika.Az
SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” müvafiq fərman imzalayıb. Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunub.

Rövnəq Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışıb, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulayıb. Şirkətin həyata keçirdiyi layihələrə, planlaşdırdığı genişmiqyaslı tədbirlərə toxunan SOCAR prezidenti şirkətin əldə etdiyi nailiyyətlərlə kifayətlənməyəcəyini, daim təkmilləşəcəyini, idarəetmə aparatının müasir tələblərə uyğunlaşdırılacağını söyləyib, dövlət başçısını əmin edib ki, neftçilər hər zaman olduğu kimi yenə də onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlar.

O, yeni təyin olunmuş birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadəni, vitse-prezidentlər Rəhman Qurbanovu, Bəhram Hüseynovu və Yaşar Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.

Politika.Az



Oxunub: 2559


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il