“Banklar dollarla kredit verməyə məcbur idi…” - Rüfət Aslanlı

“Banklar dollarla kredit verməyə məcbur idi…”
“Son bir il ərzində Azərbaycanda bank aktivləri 1,7 milyard manata qədər azalıb”

Politika.Az
xəbər verir ki, bu sözləri maliyyə bazarlarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı ANS-in “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.

Son devalvasiyadan öncə ölkədə dollarlaşmanın-əhalinin gəlirlərinin xarici valyutada saxlanıldığını söyləyən Rüfət Aslanlı bank depozitlərinin ən aşağı səviyyədə 37-38%i dollarla olduğundan bankların bu vəsaitləri dollarla kredit verməyə məcbur qaldığını qeyd etdi.

“Bu devalvasiyalar ona gətirdi ki, əhalinin xarici valyutada aldıqları borcların manat yükü devalvasiya səviyyəsində artdı. Təxminən 95%. Belə olan halda insanlar artıq öz borclarını ödəməyə çətinlik çəkməyə başladılar. Bu da banklarda müəyyən likvidliyin azaldılması proseslərinə gətirdi. Yəni büdcə xərclərini azalmasına gətirib çıxardı. Bir tərəfdən kreditlərin xidmət haqları, digər tərəfdən də banklardakı ehtiyatlar azaldı. Bir vaxtlar banklara pul axınları pozitiv idi indi isə, əksinə bankların aktivləri bir qədər azalıb. Son bir il ərzində bank aktivləri 1,7 milyard manata qədər azalıb”,- deyə Rüfət Aslanlı bildirdi.

Qonaq bankların aktivlərinin azalmasının onları başqa bir rejimdə işləməyə məcbur etdiyini, yəni əvvəllər bankların aktiv satdığı halda indisə aktivləri yığdığını, verdiyi kreditləri geri almağa başladığını bildirdi.

“Biz elə etməliyik ki, burada hər bir vətəndaşın marağı qorunsun. İctimai vəziyyəti nəzərə alaraq banklar öz kapitalları, əvvəlki illərdə yığıdıqları ehtiyatları nəzərə alaraq bu dövrdə bir qədər yumşaq davranış nümayiş etdirə bilərlər və bunu da edirlər”, - deyə Rüfət Aslanlı vurğuladı.



Politika.Az



Oxunub: 646


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il