TQDK və DQMK ləğv olacaq - Məleykə Abbaszadə

TQDK və DQMK ləğv olacaq
Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlı prezidentin verdiyi fərmanda xüsusi bənd var

Orada qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv ediləcək. Hazırda biz bu istiqamətdə müəyyən işlər aparırıq.

Politika.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər başa çatanda və DİM dövlət qeydiyyatına alındıqda, hər iki qurumun işinə xitam veriləcək.

M.Abbaszadə qeyd edib ki, hüquqi-normativ prosedurlar iki ay davam edəcək. "Strukturu formalaşdıqdan sonra ləğv ediləcək TQDK və DQMK-nın işçiləri arasında ixtisarlar olacaqmı?" sualının cavabında isə mərkəz sədri bu haqda nəsə deyə bilməyəcəyini bildirib: "Strukturu formalaşdıqdan sonra biz bu işə başlayacağıq".

Politika.Az



Oxunub: 454


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il