Texnologiya Universitetində qalmaqal: OTURAQ AKSİYA XƏBƏRDARLIĞI - təfsilat

OTURAQ AKSİYA XƏBƏRDARLIĞI
Tələbələr rektora ultimatum verdi, Akif Süleymanovsa imtahana görə alınacaq pulların məbləğini artıracağı ilə onları hədələyib

Qarşıdan gələn yay imtahan sessiyası ilə əlaqədar universitetlərdə vəziyyət gərginləşməyə başlayıb. Politika.Az xəbər verir ki, Azərbaycan Texnologiya Universitetində isə durum daha təhlükəli şəkil almaqdadır.

Məlumatlarda deyilir ki, rektor Akif Süleymanovun pul qazanmaq həvəsi, habelə idarəçilikdə ciddi səhvlərə yol verməsi tələbələrlə müəllimlər arasında münaqişəli vəziyyət yaranıb. Bildirilir ki, rektorun oğlu və köməkçisinin imtahan pullarını yığmaq istəklərindən dolayı meydana çıxmış gərginliyi aradan qaldırmaq üçün Süleymanovun heç bir addım atmaması tələbələrin ayağa qalxmasına səbəb olub.

Politika.Az-a çatan məlumatlarda vurğulanır ki, ATU rektoru yay imtahan sessiyasında tələbələrdən imtahan və zaçotlar üçün pul yığılması barədə təlimat verib. Hazırda ATU-nun dekan və müəllimləri təsir altında olan tələbələri vasitəsiylə hər imtahan üçün 50-100 manatdan pul yığılması barədə tapşırıq veriblər. Bu rəqəmin böyük olduğunu görən tələbələr isə rektorluğa xəbər göndəriblər ki, bu şəkildə davam edə bilməz.

Gələn xəbərlərdə deyilir ki, tələbələr ötən həftənin sonundan etibarən xaotik şəkildə etirazlarını bildirsələr də, bunun mütəşəkkil şəkildə həyata keçiriləcəyi barədə xəbərdarlıq ediblər. Onlar rektorluğa çatdırıblar ki, əgər imtahanlar zamanı onlardan pul tələb edilməsi halları davam edərsə, universitetin binası önündə oturaq aksiya təşkil edəcəklər.

Politika.Az-a verilən məlumatlarda vurğulanır ki, Akif Süleymanov tələbələrin bu xəbərdarlığına məhəl qoymayıb. Və imtahan üçün tələb olunan pulun miqdarını artıracağı ilə bağlı hədə gəlib. Hətta iş o yerə çatıb ki, tələbələr rektorun bu hərəkətinə etiraz olaraq ona ultimatum göndəriblər. Bildiriblər ki, özünü yığışdırmasa, durum daha pis şəkil alacaq.

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir

Politika.Az



Oxunub: 2963


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il