Muşfiq Atakişiyev qiymətləri yenə qaldırdı: AKSİYA XƏBƏRDARLIĞI - təfsilat

 AKSİYA XƏBƏRDARLIĞI
Devalivasiya Təfəkkür Universitetinin rektorunu tənginəfəs edib

Təfəkkür Universitetində tələbələr yenidən etirazlara hazırlaşır. Bu barədə Politika.Az-a təhsil ocağındakı mənbələr məlumat veriblər. Onların bildirdiyinə görə, buna səbəb rektor Müşfiq Atakişiyevin imtahan qiymətlərini yenidən qaldırmasıdır.

Məlumatda vurğulanır ki, Atakişiyev dekabr devalivasiyasından sonra imtahanların qiymətlərinə cüzi dəyişiklik etmişdi. Həmin vaxt qiymətlərdəki fərqin böyük olmamasını görən tələbələr də səslərini çıxarmamışdılar. Lakin yay imtahan sessiyası ərəfəsində məlum olub ki, rektor qiymətləri iki dəfə bahalaşdırıb.

Belə ki, hazırda Təfəkkür Universitetində imtahanlar arasında ən ucuzu 100 manatdan başlayır. Aparıcı və ixtisasa bağlı fənlər üzrə imtahanlarda isə qiymətlər 150-300 manat arasında dəyişir. Bu qədər fərqin yaranmasının səbəbi kimi tələbələr devalivasiyanı göstərirlər. Onlar deyirlər ki, rektor manatın dəyərdən düşməsindən dolayı «tənginəfəs» olub və itirdiklərini bu şəkildə çıxarmaq istəyir.

Politika.az xəbər verir ki, Təfəkkür Universitetində tələbələrdən alınan illik təhsil haqqının da manatla ödənişi dayandırılıb. Belə ki, rektorun göstərişinə əsasən dekabrdan sonra bütün ödənişlər dollarla aparılır. Və işin ən eybəcər tərəfi odur ki, göstərişə uyğun olaraq təhsil haqlarında manat hesabı ilə qiymətlər də iki dəfə bahalaşıb. Məsələn, əgər universitetedə təhsil alan tələbə 2500 manat ödəyirdisə, hazırda bu rəqəm 2500 dollar edilib.

Qeyd edək ki, Təfəkkür Universitetində təhsil alan tələbələr baş verənlərə etiraz etməyə başlayıblar. Onlar imtahanların qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq ali məktəbin binası önündə aksiya keçirməyi qərarlaşdırıblar. Hazırda tələbələr arasında bununla bağlı hazırlıqlar görülür və yaxın günlədə konkret addım atılacaq.

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir

Politika.Az



Oxunub: 3232


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il