Asif Əsgərov oğlunun güdazına gedir: İş adamı icra başçısını “bitirə bilər”

 İş adamı icra başçısını “bitirə bilər”
Dünən Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlham Əsgərli və Əhliman Süleymanovun barələrində olan məhkəmə qərarından mərhumun hüquqi varisi Maqsud Mirzəyevin verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib

İmran Hacıqayıbovun sədriliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də Xəzər rayonunda baş verib. İ.Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə.Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əsgərli 5 il 6 ay, Ə.Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Həmin il iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İ.Əsgərli barəsində çıxardığı hökm – 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə endirilib. 2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İ.Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi – qəzada dünyasını dəyişən S.Mirzəyevin atası Maqsud Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.Xatırladaq ki, “Mercedes” markalı avtomobili idarə edən İ.Əsgərli Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun (Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı) oğludur. Dünyasını dəyişən S.Mirzəyevin atası M.Mirzəyev isə “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru vəzifəsində çalışır. Hadisələrin gedişatından da göründüyü kimi, əsas təqsirkar Asif Əsgərovun oğlu olsa da, o, azadlıqdan məhrum edilməyib. İlham Əsgərli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək adı ilə faktiki olaraq azadlıqa buraxılıb. Bu da zərərçəkən tərəfin qəzəbinə səbəb olub.

Dünən keçirilən məhkəmə prosesi ilə bağlı 24saat.org-un verdiyi məlumata görə, Maqsud Mirzəyev bildirib ki, o, İlham Əsgərlinin azadlığının ailəsinə “hansı rəqəmə” başa gəldiyini bilir. Sayt həmçinin bildirir ki, Maqsud Mirzəyev məsələ ilə bağlı prezident İlham Əliyevin qəbuluna düşməyə çalışır. Bildirilir ki, artıq ona prezidentlə görüşünə şərait yaradılacağı ilə bağlı söz verilib. Mümkündür ki, yaxın vaxtlarda bu görüş reallaşsın. Qaynağımız bildirir ki, görüş baş tutacağı təqdirdə Asif Əsgərov vəzifəsinə əlvida deyə bilər.

Politika.Az



Oxunub: 841


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il