Elman Rüstəmovun müavininin atası Xızıda baş verən dəhşətli qəzada öldü

Elman Rüstəmovun müavininin atası Xızıda baş verən dəhşətli qəzada öldü
Dünən Xızıda Sumqayıt Dövlət Texniki Kollecinin müəllim və tələbə heyətinin düşdüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub

Politika.Az
bildirir ki, moderator.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində vəfat edən Sərxan Abdullayev Mərkəzi Bank Sədrinin müavini Xəqani Abdullayevin atasıdır.

Sərxan Abdullayev sözügedən kollecdə “Avtomobilin istismarı” ixtisası üzrə dərs deyirmiş. Kollecin kollektivi hər il olduğu kimi, bu ilin yaz mövsümündə də gəzinti məqsədilə rayona səfər edib. Dəhşətli qəza da məhz gəzintidən qayıdan zaman baş verib.

Tələbə və müəllimləri daşıyan “Hyundai” markalı mikroavtobus Qızıl-Qazma qəsəbəsində dərəyə aşıb. 1950-ci il təvəllüdlü Sərxan Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və yaralı orada keçinib.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.

Qeyd edək ki, Xəqani Abdullayev 2015-ci ilin aprel ayından Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib.

Politika.Az



Oxunub: 616


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il