Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandı

Azərbaycan və Türkiyə ordusu Ermənistan sərhədinə toplandıAzərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb

Politika.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyənin Üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər.

Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.

1200-dən artıq şəxsi heyətin iştirakı iləkeçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməkləonların uyarlılığına nail olmaqdır.

Qeyd edək ki, əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Türkiyənin Qars vilayəti Ermənistanla sərhəddə yerləşir.



Politika.Az



Oxunub: 3905


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il