Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin məhkəməsi başlayır

Naxçıvanın sabiq milli təhlükəsizlik nazirinin məhkəməsi başlayır
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Bu barədə virtualaz.org saytına vəkil Vüqar Xasayev məlumat verib.

Vəkilin sözlərinə görə, cinayət işi baxılması üçün Naxçıvan Hərbi Məhkəməsinə göndərilib. İş üzrə məhkəmənin hazırlıq iclası iyunun 8-nə təyin edilib. Prosesə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev sədrlik edəcək.

Qeyd edək ki, V. Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Vəli Ələsgərova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət məlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma). Bir neçə gün əvvəl isə ona Cinayət Məcəlləsinin 302.2 (telefon danışıqlarını qanunsuz dinləmə) maddəsi ilə də ittiham elan olunub.

V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Politika.Az



Oxunub: 485


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il