Sosial mənzillərin tikintisinə başlanılıb

Sosial mənzillərin tikintisinə başlanılıb
Ölkədə gəlir səviyyəsi orta və aşağı olan vətəndaşlar üçün mənzillərin tikilməsi prosesinə start verilib. Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi xüsusən də gənclər və gənc ailələrin sosial mənzillə təmin edilməsi üçün çoxmənzilli binaların tikintisi məqsədilə işlərə başlayıb. Artıq paytaxtın bir sıra rayonlarnıda və regionlarda torpaq sahələrinə baxış keçirilib.

Ölkədə sosial mənzillərin tikilməsi üçün indiyədək Bakının Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxiş keçirilib, onların müxtəlif meyarlar üzrə ilkin qiymətləndirilməsi həyata keçirilib. Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib. Onun sözlərinə görə, paytaxtla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara da baxış keçirilib. Torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək.

İlk növbədə Agentliyin dəstəyi ilə tikiləcək binalarda mənzillərin sahələri ekonom klass kateqoriyasına uyğun olaraq çox böyük olmayacaq. Bu mənzillər tam təmirli vəziyyətdə vətəndaşlara təqdim ediləcək. Tikiləcək mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Planlaşdırılır ki, vətəndaşlar ayda yüksək olmayan icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə müddətin sonunda həmin mənzillərə tam sahib olsunlar. Hazırda bu sahədə müvafiq hesablamalar aparılır.

Samir Nuriyev qeyd edib ki, Agentliyin əsas məqsədi məhz bu sosial təbəqəni təmsil edən ölkə vətəndaşları, əsasən də gənclər, gənc ailələr üçün yeni tikiləcək binalarda mənzillərin əlyetərliliyinin artırılmasından ibarətdir.

Politika.Az



Oxunub: 817


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il