"Mərkəzi Bank vəziyyətin bu həddə çıxmasına niyə imkan verib?" - Ekspertdən banklar haqda qorxulu proqnoz

"Mərkəzi Bank vəziyyətin bu həddə çıxmasına niyə imkan verib?"
"Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standart"ı nəzarətə götürüb. Əvvəl 1 ay möhlət istədilər. Ondan sonra daha bir ay uzatdılar. Əvvəlcə, hər əmanətçiyə 1000 AZN verdilər. Sonra dedilər problem yoxdur və işlər yoluna düşüb. Məlum oldu ki, limit yenə qalb. Bu dəfə hər əmanətçi başına 5000 manat verirlər"

Politika.Az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, əmanətçilər pulu dollarla yerləşdirsələr də, bank manatla qaytarır:

"Maraqlıdır ki, özü də əmanətləri dolların alış məzənnəsi ilə geri qaytarırlar. Hansı ki, əmanətçi pulu bankdan götürüb, onu yenidən dollara çevirsə, ən azı 4-5% itkiyə məruz qalacaq".

Bunun məsuliyyəti kimin üzərindədir? Niyə tənzimləyici qurum olan Mərkəzi Bank vəziyyətin bu həddə çıxmasına imkan verib? Niyə vaxtında tədbirlər görməyib?

Samir Əliyev bildirir ki, dövlət əmanətləri 100% sığortalayır: "Ancaq hazırkı duruma baxanda bir sıra suallar yaranır. Məsələn, sual oluna bilər ki, bu sığorta sisteminin əhəmiyyəti nədir? Əgər insanlar pulunu vaxtında və tam ala bilmirsə, onda sığorta sisteminin faydası nədir? Bank Standart hadisəsindən sonra kim öz pulunu bank sektoruna etibar edəcək? Axı, problem təkcə "Bank Standart"la yekunlaşmayacaq. Çox keçməz, digər bankların problemləri də üzə çıxacaq".

Müsahibimiz deyir ki, "Bank Standart"ın problemi həll olunan deyil:

"Bu bank Beynəlxaq Bankdan sonra dövlətə başağrısı verən ikinci bankdır. Onun xilası üçün böyük həcmdə vəsait tələb olunur. Vaxtı uzada-uzada problemi insanların əziyyəti, itkisi hesabına həll etmək çıxış yolu deyil.

Göründüyü kimi, suallar çoxdur, cavablar isə yoxdur. Əmanətçilər və kredit müştəriləri banklarla üz-üzə qalıblar. Onların müraciət edəcəkləri nə ünvan var, nə də qanun".

Politika.Az



Oxunub: 1029


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il