Türkiyə Ermənistanla sərhədləri açır?

Türkiyə Ermənistanla sərhədləri açır?
Elxan Mehdiyev: “Düşünürəm ki, bu məlumatın əsası var”

Türkiyənin “Hürriyet” qəzeti maraqlı iddia ilə çıxış edib. Qəzet Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığını, bu istiqamətdə danışıqlara başlayacağını bildirib.
Maraqlıdır, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mümkündürmü? Bu, Azərbaycana, onun maraqlarına nə vəd edir?

Açıqlamasında məsələyə münasibət bildirən konfiliktoloq Elxan Mehdiyev bu iddianı inandırıcı hesab etdiyini vurğuladı:

“Düşünürəm ki, bu məlumatın əsası var. Bu, birincisi Türkiyə və Rusiya arasındakı münasibətlərin normallaşması konteksində baş verən hal ola bilər. Ikincisi, Putinin erməni işğalını aradan qaldırmaq istiqamətindəkı səylərinin tərkib hissəsi kimi meydana gələ bilər. Bu iki amil qəzetin məlumatının inandırıcı ola biləcəyinə arqument verir. Bütövlükdə, hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli, sülhün yaranması konteksində baş verə bilər”.(moderator.az)

Seymur Əliyev

Politika.Az



Oxunub: 631


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il