Azərbaycanda 5 xarici şirkət ləğv edildi - siyahı

Azərbaycanda 5 xarici şirkət ləğv edildi
Azərbaycanda fəaliyyət göstərən 5 xarici şirkət filialının ləğv olunduğu bildirilir. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib

Filiallardan biri “Distrilab” Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Filialı ləğv olunan 2-ci şirkət “Buz Alen Hamilton İnc.”dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi,96 (“The Landmark-1″ Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq.

Azərbaycanı tərk edən 3-cü şirkət “Grundfos Pompa Sanayi ve Ticaret Ltd.” şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi,96A ünvanında irəli sürə bilərlər.

Ləğv olunan daha bir filial “Niko İnternational Ltd.” şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,32/37 ünvanında baxacaq.

Sonuncu, “Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.

Politika.Az



Oxunub: 1815


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il