ASC sədri işdən çıxarıldı - Sərəncam

ASC sədri işdən çıxarıldı
"Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib

Politika.Az
"Report”a istinadən xəbər verir ki, özəlləşdirilməyə çıxarılan və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilən "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi dövrü başa çatanadək idarə heyətinə "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədov sədrlik edəcək.

Qeyd edək ki, 13 iyul 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma” ASC Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilərək özəlləşdirməyə açıq elan edilib.

Politika.Az



Oxunub: 1713


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il