Lənkəranskinin qətlində yeni - Şok Təfərrüatlar

Lənkəranskinin qətlində yeni
“Rosbalt” Lənkəranski sui-qəsdinin arxasında Nadir Səlifov (Lotu Quli) və digər mafiya üzvləri var

Rovshan Caniyevin qətli ilə bağlı yeni təffərrüatlar açıqlanıb.


Politika.Az xəbər verir ki, Lənkəranskinin ölümü ilə bağlı Rusiya təhlükəsizlik qüvvələrinin əməkdaşı "Rosbalt” agentliyinə açıqlama verib. Onun sözlərinə görə, Rövşənin qətli qisas xarakterli olub.

O deyib ki, "Kabus" ləqəbli Lənkəranski "Ded Hasan" ləqəbli Aslan Usoyanın ölümündə şübhəli bilinirdi. Rusiaya mafiyasının əsas simalarından olan "Ded Hasan"ın ölümü ilə yeraltı dünyada qarışıqlıq yaranıb. Mafiya başçıları "Ded Hasan"ın ölümündə Rövşən Lənkəranskini günahlandlırdıqlarına görə, o, Rövşən Əliyev pasportu ilə Türkiyəyə gələrək İstanbulda məskunlaşıb.

Agentliyin iddiasına görə, Lənkəranski öldürüldüyü gecə tabeçiliyində olan mafiya üzvləri ilə görüşüb. Onların arasında "Çipa" ləqəbli Teymur və Dato Çuradze də olub. Görüşdən sonra şəxsi avtomobili ilə oteldən ayrılan Lənkəranski qətlə yetirilib.

"Rosbalt” xəbər agentliyinə görə, sui-qəsdin arxasında Laşi Şuşanaşvili, Yuri Piçuqin, Vasili Hristoforov və Nadir Səlifov (Lotu Quli) adlı mafiya üzvləri var. Bu şəxslərin sui-qəsd üçün Türkiyədə kürd silahlılarına vəsait ödədiyi bildirilir.

Hüquq mühafizə orqanları Lənkəranskinin qətlini Başakşehirdə öldürülən azərbaycanlı iş adamı Əli Həmidov cinayətinin qisası ola biləcəyini də istisna etmir.

Politika.Az



Oxunub: 3960


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il