“Bakcell” “Stop”suz fırıldaq - ÖZƏL

“Bakcell” “Stop”suz fırıldaq
“Bakcell” mobil operator şirkətindən hər gün narazılıq var. Şirkətin abunəçiləri aldatması normaya çevrilib

Buna görə kütləvi şəkildə bu mobil operatordan imtina edənlər var. Üstəlik, şikayətlərə baxılmır, istənilən halda da vətəndaş təqsirkar çıxarılır.

Politika.Az-ın xəbərinə görə, Bəhlul Bilalov adlı abunəçi də “Bakcell”in fırıldaqçılığından şikayətlənib. Onun sözlərinə görə, nömrəsinə sms gəlib: “Siz kinotron.info" xidmətinə qoşuldunuz.

Xidməti dayandırmaq üçün stop sözünü 9576 nömrəsinə göndərin. Qiymət-0.59 AZN/gün. Əslində, mən heç bir xidmətə qoşulmamışam. Bununla əlaqədar kimə müraciət edə bilərəm? Bakcell nümayəndəsi varmı ? Onları məhkəməyə necə vermək olar?”

Qeyd edək ki, Azərbaycanda mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hal alıb. Bununla bağlı uzun müddətdir ki, mediada məlumatlar yayılır, tənqidi fikirlər səsləndirilir.

Politika.Az



Oxunub: 1348


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il