Rusiyada bank girovlarını Mərkəzi Bank qiymətləndirəcək

Rusiyada bank girovlarını Mərkəzi Bank qiymətləndirəcək
Rusiya Mərkəzi Bankında (RMB) kredit müqabilində girov qoyulmuş əmlakların qiymətləndirilməsi ilə məşğul olacaq yeni departament yaradılır

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Departament bank fəaliyyətinə nəzarət sahəsində aparılan islahatlar çərçivəsində təşkil olunur. Hazırda yeni departamentin işçi heyəti formalaşdırılır. Bank girovlarının qiymətləndirilməsi ilə təxminən 300 nəfərin məşğul olması nəzərdə tutulub. Xatırladaq ki, bununla bağlı ilk dəfə RMB-nin sədr müavini Aleksey Simonovski bu ilin fevralında açıqlama verib. Mərkəzi Bank rəsmisi ayrıca departamentin yaradılmasını bank risklərinin qiymətləndirilməsi zərurəti ilə izah edib.

RMB-də hesab edirlər ki, bəzən bank girovları real dəyərindən yüksək qiymətləndirilir və kredit riskini artırır. Bank isə risklərə adekvat ehtiyatlar yaratmır.

Politika.Az



Oxunub: 391


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il