Əhalidən dollar yığıldı və kredit faizləri artırıldı

Əhalidən dollar yığıldı və kredit faizləri artırıldı
“Uçot dərəcəsi yenə də qaldırıldı. Mərkəzi Bank “Qara bazar” əməliyyatının arxasında durduğunu dolayısı ilə etiraf etdi”

Politika.Az cebhe.info-ya istinadən xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov belə deyib.
Əhalidən dollar yığıldı və kredit faizləri artırıldı
Onun sözlərinə görə, Mərkəzi Bank bu il artıq 4-cü dəfədir ki, uçot dərəcəsini, yəni banklara verdiyi kreditin dərəcəsini qaldırır: “Fevralın 15-də 3%-dən 5%-ə, martın 4-də 7%-ə, avqustun 6-da 9,5%-ə, indi isə 15%-ə qaldırdı. Hər dəfə də artımı şərh edərkən proqnoz vermişəm ki, bu, son deyil, dərəcə yenə də artacaq. Yenə də eyni şeyi deyirəm və təkrar olmasın deyə əlavə şərh verməyə lüzum görmürəm.

Diqqətimi cəlb edən yalnız Mərkəzi Bankın dünənki əsaslandırmasındakı bu ifadədir: “İrimiqyaslı sterilizasiya əməliyyatları həyata keçirilmişdir”. Sterilizasiya “ləğv etmə”, “axtalama” və s. deməkdir. Pul kütləsinə münasibətdə onun “yığışdırılması”, “müsadirə edilməsi” deməkdir. Məsələn, Mərkəzi Bank son vaxtlar banklar üçün depozit hərracları keçirir, yəni bankların pulunu əmanətə qəbul edir, bununla da pul kütləsinin bir hissəsini bazar aləti vasitəsilə sterilizasiya etmiş olur. Amma məlumdur ki, həmin hərraclarda Mərkəzi Bank istədiyi qədər pul cəlb edə bilməyib, çünki banklar ona etibar etmir. Bəs onda nəyə əsasən deyir ki, məhz “irimiqyaslı sterilizasiya əməliyyatları həyata keçirilmişdir”. "İri" hardan çıxdı, nə vaxt oldu?”

Ekspert qeyd edib ki, əslində son dövrün ən iri sterilizasiya əməliyyatı “qara bazar” əməliyyatı oldu. Yəni Mərkəzi Bank süni dollar qıtlığı yaratdı və “qara bazar” vasitəsilə dövriyyədən əhalinin və sahibkarların xeyli vəsaiti yığışdırıldı, faktiki müsadirə edildi: “Əvvəlcə, onlara yüksək məzənnə ilə dollar satıldı, sonra isə aşağı məzənnə ilə onlardan həmin dollar alındı və alınır. Beləliklə, bir daha təsdiq olundu ki, adını “irimiqyaslı sterilizasiya” qoyan bu əməliyyatda məhz Mərkəzi Bank maraqlı idi. Bazar alətləri (məsələn, depozit hərracları) vasitəsilə edə bilmədiyini hiylə ilə, zorla etdi. Amma yəqin ki, “qara bazar” əməliyyatı da istənilən həcmdə nəticə vermədi. Elə buna görə də bir neçə həftə davam edirdi ki, “qara bazar” daha çox qazansın, amma ictimai qınaq və hiddət nəticəsində əməliyyata xitam verildi. Ona görə də uçot dərəcəsini birdən birə 15%-ə qaldırdı”.

Politika.Az



Oxunub: 1028


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il