Sabiq icra başçısının oğlunu öldürənlə bağlı Avropa məhkəməsinə müraciət

Sabiq icra başçısının oğlunu öldürənlə bağlı Avropa məhkəməsinə müraciət
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan Vüqar Əliyevlə bağlı Avropa Məhkəməsinə müraciət olunub

Politika.Az
xəbər verir ki, bu haqda vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil işə ədalətli baxılacağına ümid etdiyini bildirib:

“Avropa Məhkəməsinə göndərdiyim 300 yaxın işlərin içərsində daha həssas yanaşdığım, araşdırılmasını səbirsizliklə gözlədiyim bir iş üzrə kommunikasiya başladı. Bu Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirilməsi ilə bağlı əsassız olaraq ömürlük azadlıqdan məhrum olunmuş Vüqar Əliyevin işidir.

Ümid edirəm ki, hökumət bu dəfə onun işinə ədalətlə baxılmasını təmin edəcək”.

Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzası alıb. O, Qobustan qapalı həbsxanasına saxlanılır. Hadisədə onunla birlikdə həbs edilərək 12 il həbs cəzası alan Lamiyə Quliyeva Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb.

Politika.Az



Oxunub: 824


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il